Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-12-2023 , 12:14

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində "Heydər Əliyev və Azərbaycan" mövzusunda dəyirmi masa təşkil olunub. 



12.12.2023 tarixində keçirilən tədbiri giriş sözü ilə  Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva açıq elan etmişdir. Çıxışlara başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Leyla Əsədullayeva Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə hakimiyyətə gəldiyini vurğulayaraq, məhz onun rəhbərliyində Azərbaycanda yaradılan rifah, siyasi sabitlik və quruculuq işləri haqqında danışmışdır.O, həmçinin Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun düşmən tapdağından azad olmasının böyük tarixi qələbə olduğunu vurğulamışdır.

"Heydər Əliyev və Azərbaycan" mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev Heydər Əliyevin siyasi fəaliyyətinin hər zaman öyrəniləcək böyük bir məktəb olduğunu qeyd etmişdir. O, çıxışı zamanı Heydər Əliyevin Azərbaycan SSRİ və müstəqil Azərbaycana rəhbərlik dönəmləri ilə bağlı müqayisəli təhlil apararaq Heydər Əliyev şəxsiyyətinin gücündən , uğurlu siyasi fəaliyyətindən danışmışdır. O, qeyd etmişdir ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin hakimiyyəti zamanı müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və bununla da cənab prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirmişdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin Puta qəsəbə nümayəndəliyinin rəhbəri Ayaz Dünyamalıyev müasir Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəsinin müavini Cahangir İsmayılov,Qızıldaş qəsəbəsində yerləşən 180 nömrəli məktəbin müəllimi Rəna Abdullayeva və Qızıldaş qəsəbəsində yaşayan gənc rəssam Əli Məmmədov da iştirak etmişlər.

Tədbir Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii- qiraət dərnəyinin üzvləri Həcər Ağayeva, Dünya Soltanzdə və Ayan Ağayevanın iştirakı ilə ədəbi bədii kompozisiyalar,Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlərlə davam etmişdir.

Sonda çıxışçılar və tədbir iştirakçıları arasında " Heydər Əliyev və Azərbaycan" mövzusunda müzakirə aparılmışdır.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024