Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-12-2023 , 21:11

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xətai rayonunda Ümummili liderə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Xətai rayonunda yaşıllıq zolaqlarının artırılması,  ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Keçirilən silsilə tədbirlər çərçivəsində 09.12.2023-cü ildə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Humanitar Fənlər Təmayüllü liseyin həyəti və M.Rüstəmov küçəsində  Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin əməkdaşları,  Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev, rayon bələdiyyələrinin, MKTB-nin və məktəb kollektivləri, şəhid ataları iştirak ediblər.

Aksiya zamanı Humanitar Fənlər Təmayüllü liseyin həyətində 100 ədəd meyvə ağacı və 100 ədəd "Eldar şamı" əkilmişdir. Eyni zamanda rayonun Məzahir Rüstəmov küçəsində və digər ünvanlarda qurumuş ağaclar yenisi ilə əvəz olunaraq əlavə olaraq 200 ədəd eldar şamı əkilmişdir. Bayram əhval-ruhiyyəsində keçən aksiyada liseyin həyətində milli musiqilər və rəqslər nümayiş etdirilib, çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024