YAP Binəqədi rayon təşkilatında M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi partiya təşkilatının sədri Hümbət Hüseynovun 60 illik yubileyi münasibətilə görüş keçiriib
YAP Binəqədi rayon təşkilatında partiya üzvü, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 (M.Ə.Rəsulzadə bələdiyyəsi) ünvanlı ərazi partiya təşkilatının sədri Hübmət Hüseynovun 60 illik yubileyi münasibətilə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 60 illik yubileyini qeyd etdiyimiz partiya fəalını təbrik edərək ona ən xoş arzularını çatdırdı, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli
Assosiasiyasının sədri olan H.Hüseynovun Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü kimi Azərbaycanı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında layiqincə təmsil etməsindən, onun "Qarabağda və ətraf şəhər və rayonlarda humanitar vəziyyət" mövzusuna dair bəyannamə layihəsinə münasibət bildirməsinin əhəmiyyətindən, həmçinin H.Hüseynovun dövlət və bələdiyyə idarəetməsindəki təcrübəsindən bəhs edərək, xatirələrini bölüşmüşdür.
Görüşün sonunda çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı ərazi partiya təşkilatının sədri Hübmət Hüseynov göstərilən diqqət və qayğıya görə rayon təşkilatının kollektivinə öz təşəkkürünü bildirdi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu gün sürətlə inkişaf edən və sıraları durmadan genişlənən Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu qeyd etdi.
Görüşün sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və 60 illik yubileyi münasibətilə Hübmət Hüseynov Fəxri Fərmanla təltif edildi, ona hədiyyə təqdim edildi. Görüş çay süfrəsi ətrafında davam etdirildi.
YAP Binəqədi rayon təşkilatı