Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2026 , 21:27

142

Son xəbərlər

Bütün xəbərlər

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Siyasi rəhbərin ilk addımı


 Gədəbəy RİH -ə yenicə təyinat alan Hacıbaba Babayevin belə tezliklə işə adaptasiya olacağını,  etiraf edim ki, gözləmirdim. Şəhərin mərkəzi rayonlarının birində icra başçısının birinci müavini kimi məsul bir vəzifədə qazandığı təcrübəni az bir zaman kəsiyində  ucqar dağ rayonunda tətbiq etmək elə də asan iş deyildi.  Görünən odur ki, siyasi rəhbər əldə edilən təcrübənin tətbiqinə başlayıb.  Həmdə  unutmayaq ki, Binəqədi RİH-də çalışdığı dövrdə Hacıbaba Babayev  praktiki şəkildə zəngin idarəçilik məktəbi keçib.

Beləliklə, təyinatının artıq səhəri günü Gədəbəy şəhərində şəhərlə tanışlığa başlamaq, Heydər Əliyev parkında görülən işlərlə tanış olmaq, parkın aid olduğu bələdiyyənin sədrinin görülən işlərlə bağlı məlumatlarını dinləmək  siyasi rəhbərin ölkə başçısının etimadını layiqincə döğruldacağından xəbər verir.

Bütün hallarda bizdə bu işdə siyasi rəhbərə dəstək verməklə  onun bələdiyyələrin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına dəstək verəcəyinə inanırıq.

Bir daha xatırlatmaq istərdim ki, hazırda rayonda formalaşan 10 bələdiyyədən yalnız ikisinin bank hesabı açıqdır və yalnız ikisinin fəaliyəti təcrübəsi yayıla biləcək səviyyədədir. Bu sıraya fəaliyyəti ilə  tanış olduğu Gədəbəy şəhər bələdiyyəsi və Slavyanka bələdiyyəsidir. Digər bələdiyyələrin isə üst -üstə 500 mindən artıq DSMF-yə borcu var. Bu qədər borcun bağlanılmasında bələdiyyələrin sözsüz ki, siyasi rəhbərin dəstəyinə, ən əsası tövsiyələrinə ehtıyacı olacaqdır. Düşünürəm ki, Binəqədi rayonuda olduğu kimi, Gədəbəydə də artıq siyasi rəhbər statusunda olan  Hacıbaba Babayev bu dəstəyi göstərəcəkdir.  

Beləliklə, bir neçə gündür siyasi rəhbər rayonla tanışlığını davam etdirir. Hər halda icra başçısının bu addımı təqdirəlayiq bir haldır, qəbul ediləndir və gözləniləndir. Bizə isə bu işdə siyasi rəhbərə  və rayon sakinlərinə yalnız  uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
918

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
864

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1162

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
796