Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2026 , 13:10

149

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Bu gün onun günüdür!

Bu gün haqqında danışacağımız insan gəlişi ilə bələdiyyə sisteminə yeni nəfəs gətirməyi bacaran, ətrafına bacarıqlı və peşəkar kadrlar toplamaqla Sumqayıt Bələdiyyəsini təcrübəsi digər bələdiyyələr üçün də örnək ola biləcək bir səviyyəyə yüksəldən Adil Xudadatovdur.
Bu gün Sumqayıt Bələdiyyəsi şəhərdə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tövsiyəsi və dəstəyi ilə bir sıra irihəcmli layihələrin icrasında fəal iştirak etməklə, xüsusilə şəhərin «Yaşıl dərə» yaşayış massivində monumental parkın salınması ilə öz fəaliyyətində yeni mərhələyə qədəm qoyub. Adil Xudadatov rəhbərlik etdiyi qısa müddət ərzində bələdiyyənin inkişaf tarixinə öz imzasını atmağı bacarıb.
Sözsüz ki, həyata keçirilən layihələrdə onun ətrafına topladığı gənc və perspektivli kadrların da mühüm rolu olub. Hər bir bələdiyyə üzvü və qulluqçusu üzərinə düşən məsuliyyəti dərindən dərk edərək öz vəzifəsini layiqincə yerinə yetirib. Nəticədə, Sumqayıt şəhərinin abadlıq-quruculuq işlərində bələdiyyənin də özünəməxsus yeri və çəkisi formalaşıb. Bununla yanaşı, bələdiyyə fəaliyyətinin ilk illərində qazandığı nüfuzunu və ictimai etimadını da bərpa edə bilib.
Yeni yaşında arzu edirəm ki, bayaqdan haqqında bəhs etdiyimiz Adil Xudadatov qarşıya qoyduğu bütün layihələri uğurla həyata keçirsin, eyni zamanda, bələdiyyənin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına nail olsun.
Bütün bunlar deməyə əsas verir ki, Adil Xudadatov bundan sonra da sağlam və uzun ömür sürərək qarşıya qoyduğu məqsədlərə çatacaq. Çünki onun fəaliyyətinin əsas qayəsini Vətənə və Dövlətə sədaqətlə xidmət etmək, doğma şəhərinin inkişafına töhfə vermək təşkil edir.
Doğum gününüz mübarək, Adil müəllim! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Belediyyeı.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026
148