Ədliyyə naziri Fərid Əhmədov 2 oktyabr tarixində Xankəndi şəhərində vətəndaşları qəbul edib
Qəbuldan əvvəl nazir Xankəndi Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarından
və Xankəndi şəhərindən ümumilikdə 18 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də
ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların
müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.
Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə
uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər
şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Rəylər
0 Rəy