Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2026 , 17:54

67

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İctimai birlik  layihə çərçivəsində keçiriləcək görüşlərə hazırlığı başa çatdırıb

““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi may ayının birindən etibarən  Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsinin icrası ilə bağlı bələdiyyələrdə keçirilməsi planlaşdırılan görüşlərin  ardıcıllığı müəyyən edilmişdir”- bu barədə Belediyye.infoya birliyin sədri Vüqar Cəfərov məlumat verib.

Bununla yanaşı ictimai birliyin sədri bildirib ki, keçiriləcək görüşlərdə müzakirə ediləcək  mövzu ilə əlaqəli beynəlxlaq təcrübənin öyrənilməsi həyata keçirilmiş, müqayisəli təhlili aparılmışdır.  Görüş keçirilməsi nəzərdə tutulan rayonlarda həm də mövcud maddi-mədəni irs nümunələri ilə bağlı təhlillər aparılmışdır.  

Qeyd edək ki, layihə çərçivəsində Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Quba, Xaçmaz, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Dörd ay ərzində davam edəcək layihənin gedişi barədə məlumat həm media orqanlarında, həm də “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin internet resursu olan Belediyye.info portalında, YouTUBE kanalında və digər media orqanlarında paylaşılacaqdır.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur. 

Belediyye.info

26.05.2026

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
533

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
942

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
826

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
771

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
619