Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2026 , 09:03

115

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İctimai birlik  növbəti layihə ilə maddi-mədəni irsin öyrənilməsində bələdiyyələrin rolunun gücləndirəcək

““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi may ayının birindən etibarən  Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsinə start verir””- bu barədə Belediyye.infoya birliyin sədri Vüqar Cəfərov məlumat verib.

İctimai birliyin sədri bildirib  ki, ölkəmizin doqquz rayon bələdiyyəsini əhatə edən layihənin əsas ideyası rayon  ərazilərindəki maddi-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliğinin təşkilində bələdiyyələrin işinin efektiv qurulmasına nail olmaqdır. Bununla yanaşı əsas məqsəd bu istiqamətdə bələdiyyələrin işinin səmərəli təşkili üçün yerli özünüidarəetmə orqanlarına yardımçı olmaq, habelə bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsini və idarəetmə keyfiyyətinin yüksəldilməsinə yardımçı olmaqdır.

Bunun üçün layihə çərçivəsində Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran Quba, Xaçmaz, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində bələdiyyələrə maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində inkişaf etmiş ölkələrin təcrübəsi barədə danışılacaqdır.

Keçiriləcək görüşlərdə əsasən yeni aşkarlanan tarixi mədəni abidələrin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər barədə, eyni zamanda tarixi-mədəni abidələrin təbliği istiqamətində məlumat lövhəsi vurulmamış abidələrin siyahılaşdırılması və  məlumat lövhəsinin vurulmasına nail olunması istiqamətində addımlar atılacaqdır. Bununla yanaşı tarixi mədəni abidələrin əhali və turistlər arasında təbliği işlərinin təşkili və gələcəkdə keçiriləcək tədbirlərin və festivalların müasir informasiya texnologiyalarından istifadə etməklə təşkili üçün zəmin hazırlanmasına nail olunacaqdır.

Eyni zamanda layihənin icrası  tarixi mədəni  abidələri turizm məqsədi ilə istifadəsi zamanı bələdiyyələr tərəfindən həyata keçiriləcək işlərə yardımçı olacaqdır.

Dörd ay ərzində davam edəcək layihənin gedişi barədə məlumat həm media orqanlarında, həm də “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin internet resursu olan Belediyye.info portalında, YouTUBE kanalında və digər media orqanlarında paylaşılacaqdır.

İctimai birliyin üzvləri inanır ki, həyata keçiriləcək növbəti layihə öz növbəsində bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsində öz müsbət töhvəsini vermiş olacaqdır.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
447