Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2026 , 18:08

673

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə MDB məkanında ilk dəfə məhz Azərbaycanda təsis edilən bu tarix, dövlətin gənc nəslə verdiyi müstəsna dəyərin və inamın rəmzidir. Bu əlamətdar gün sadəcə bir bayram deyil, həm də gənclərin cəmiyyət həyatındakı həlledici rolunun və milli hədəflərə çatmaq əzminin təntənəsidir.

Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə Hit.az-a açıqlamasında deyib ki, gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin gənclərə mirasıdır:

"Prezident İlham Əliyev tərəfindən də gənclər siyasəti uzun illərdir uğurla icra edilir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir. Onlar siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətimiz gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradıb".

O diqqətə çatdırıb ki, müasir Azərbaycan gəncliyi yeni çağırışlara cavab verir:

"Hesab edirəm ki, müasir Azərbaycan gəncliyi çevik, innovativ, hər bir situasiyadan çıxmağı bilməlidir. Hansı ki, gənclərimizdə də bu istedadların olduğunu görürük. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi üzərinə düşən vəzifələri layiqincə yerinə yerinə yetirə bilir".

Kənan Qubadzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər də bunun ən gözəl nümunəsidir:

"Qəhrəman əsgərlərimiz sayəsində cəsarətini və Vətən sevgisini bütün dünya nümayiş gördü. Azərbaycan gənclərinin bundan sonra da ölkəmizin inkişafına böyük töhfələr verəcəyinə əminəm".

Günel

https://hit.az/az/sosial/294783/muasir-azerbaycan-gencleri-nece-olmalidirlar/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
88

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
489

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
569