Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-09-2025 , 22:29

1156

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vüqar Tofiqli: “Dövlət büdcəsindən ayrılan vəsaitin məqsədi bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin…”

“Bu gün bələdiyyələrə  dotasiya və subvensiyanın ayrılmasında ciddi problemlər var. Büdcə də ayrılması nəzərdə tutulan dotasiya 16 sentyabradək hələ də ayrılmayıb. Subvensiya layihələrindən isə hələ söhbət getmir”- bu fikirləri “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli Milli Məclisin Regional məsələlər komitəsinin iclasında qeyd edib.  

İctimai birliyin sədri qeyd edib ki, bu sahədə ciddi problemlərin aradan qaldırılması, şəffaflığın təmin edilməsi üçün ciddi yeniliklərin atılmasına ehtiyac var.

Son beş ildə ayrılan subvensiya layihələrinin ikisi barədə materialların müvafiq hüquq-mühafizə orqanlarına müraciətin edilməsi, ikisinə  ayrılan maliyyə vəsaitinin geri qaytarılıması, o cümlədən ayrılan 20 subvensiya layihəsindən yalnız altıya yaxın hissəsi haqqında müəyyən addımların atılması təssüf doğurur. Bu gün M.Ə.Rəsulzadə, Şəmkir, Sabirabad, Qubanın Tüləkəran, Mingəçevir  və Sabunçu  bələdiyyələrinin həyata keçirdyi subvensiya layihələrindən başqa digər layihələr barəsində məlumatın paylaşılmaması təəsüf doğurur.

Dövlət büdcəsindən ayrılan vəsaitin məqsədi bələdiyyələrə dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Lakin iyirmi layihədən yalnız altısının dayanıqlı maliyyə mənbəyinin yaratması təəsüf doğurur.

Mövcud neqativlərin aradan qaldırılması, şəffaflığın təmin edilməsi üçün Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının iştirakı ilə “Bələdiyyələrə Dövlət Dəstəyi Fondunun” yaradılmasını təklif edilir.  Yaradılacaq qurum “Publik hüquqi şəxs” olaraq Müşahidə Şurası təsis edilir və Şuranın üzvləri ölkə başçısının sərəncamı ilə təyin edilir. Dövlətin ayırdığı vəsaitdə məhz bu fonda köçürülür. Fond özü kimə hansı miqdarda vəsait ayırmalı olduğu yaxşı bilir. Çünki Müşahidə Şurasında olanlar bilavasitə bələdiyyələrin fəaliyyəti barəsində dərin bilgisi olanlar olacaqdır. Təxminən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sxemində yaradılacaq bu qurum bütünlükdə bu sahədəki mövcud olan neqativi aradan qaldıra biləcəkdir.

Müşahidə Şurasında Ədliyyə nazirliyinin, vətəndaş cəmiyyətinin, milli bələdiyyə assosiasiyalarının təmsilçilərinin olması nəticə etibari ilə həm dotasiyanın, həm də subvensiyanın ayrılmasında şəffaflığın qorunmasında öz dəstəyini göstərmiş olacaqdır. Üstəlik ayrılan vəsaitlə konkret layihələri icra etməklə, həm də bələdiyyələrə ciddi dayanıqlı maliyyə mənbəyinin yaradılmasına nail olmaq olar.

Belediyye.info

P.S. Nəhəyət ki, bu gün dotasiyanın ayrılmasına başlanılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
813

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
674

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
689

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
843

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
814