Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin təşkilatçılığı və “Belediyye.info” portalının informasiya dəstəyi ilə keçirilən "Bələdiyyənin siması" müsabiqəsinə yekun vurulub.
Sentyabr
ayının birindən start verilən müsabiqədə 75 bələdiyyə öz loqosu ilə iştirak edib. Gözlənildiyi
kimi, maraqlı və gərgin şəraitində keçən mübarizə maraqlı və diqqətiçəkən məqamlarla
yadda qaldı. Bu bir ilk idi. Növbəti illərdə müsabiqədə daha çox bələdiyyənin
iştirakı gözlənilir. Məqsəd bələdiyyələri bir sima olaraq tanıtmaq və
tanıtdırmaq idi.
İlk
gündən elan edildiyi kimi müsabiqə Facebook, İnstaqram və Youtube üzərindən
keçirilib. Əsas şərt kimi hansı bələdiyyənin loqosu daha çox bəyənilsə və haqqında şərh yazılmış olsa, o da qaliblər
sırasında olacaq. Ancaq iş tək bununla bitmir. Bununla yanaşı üç nəfərdən ibarət
ekspert qrupu da loqalora oz rəyini verəcək. Üst-üstə xallar hesablanacaq və qaliblər müəyyən
ediləcəkdir. Ekspertlərin rəyi nəzərə alınmaqla artıq layihəyə yekun vurulub.
Yetmiş
beş bələdiyyədən 10-u qaliblər sırasına
çıxa bilib. Onlardan üçü isə birincilər sırasına düşüb. Qeyd edildiyi
kimi, ekspertlərin rəy və təklifləri ümumi
nəticəyə ciddi şəkildə öz təsirini göstərib.
Qaliblər
və onluğa düşən bələdiyyələrin adları isə yanvar ayının sonunda, yeni seçilən bələdiyyələrin
fəaliyyətinin birinci ili ərəfəsində keçiriləcək yekun tədbirdə açıqlanacaq. Qaliblərə
diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Belediyye.info
Rəylər
1 Rəy
Tural Nəbiyev
16-12-2025, 4 həftə əvvəl
Uğurlar olsun
Cavabla