Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-01-2026 , 10:02

1459

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

JEK"lər ləğv edilməyək.....

 Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüslə çıxış edib. Belə ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki “JEK”(MKİS)-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.

Əslində 2010-cu ildən qüvvədə olan Mənzil Məcəlləsində  “JEK”lərin fəaliyyəti ilə bağlı hər hansı məqamın qanunvericiliyə salınmaması bu strukturu sanki havadan asılı vəziyyətdə   saxlayırdı. Və  bu gün faktiki olaraq Bakı şəhərində fəaliyyətdə olan 200-dən artıq “JEK”-in hələ də köhnə qaydalarla çalışması, bu sahədə hər hansı yeniliyin belə tətbiq edilməməsinə bu qərarla sanki son qoyulmuş oldu. Hər kəs bu strukturun ümumiyyətlə ləğv edilərək bələdiyyələyə verilcəyini gözləsə də əksinə oldu.

Fikrimcə, bu sahənin bütünlüklə bələdiyyələrin səlahiyyətinə verilməsi daha səmərəli addım olardı. Bir tərəfdən bələdiyyələrin seçicilər qarşısında məsuliyyət hissini artlrmış olardı, digər tərəfdən kifayət qədər büdcə vəsaitlərinə qənaət edilmiş olardı, nəhayət bu sahədə  indiyədək mövcud olmayan şəffaflıq prinsipləri qorunmuş olardı. Bu günədək “zibil”  pulu kimi əhalidən yığılan vəsaitin hesabatının verilməməsi, bu prosesdə, ümumiyyətlə,  onlayn ödəmə sistemninin hələ də tətbiq edilməməsi yalnız təəssüf doğurur.

Əslində hər kəs yaxşı bilir ki, bu gün “JEK”-lərin əsas fəaliyyəti şəhərin təmizliyini təmin etməklə yanaşı, həmdə paytaxtda aparılan  “qanunsuz” tikintilərə qarşı mübarizədə canlı qüvvə kimi istifadə edilməsindən ibarət olub.

Qərarın necə icra olunacağını görmək üçün  isə bizə yalnız gözləmək qalır. Nə isə...

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
97

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
790

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
828

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
784