Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-09-2025 , 19:23

1561

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hümbət Hüseynov: “Bu gün qəsəbələrin xəritələrinin verilməməsi məqbul sayıla bilməz”

 “Cari ildə həyata keçirilən bələdiyyələrin birləşdirilməsi prosesi onların inkişafı üçün  bir təkamül oldu”- bu fikirləri  Milli Məclisin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.

Sədr qeyd edib ki, bir müddət əvvəl yaradılmış BAMS proqramının Assosiasiyaların təsisçisi olduğu   “Bələdiyyələrə onlyan xidmət mərkəzi” tərəfindən təkmilləşdirilməsi nəticə etibari ilə bələdiyyələrin maliyyə imkanlarını bir qədər də artırmış oldu.

 Bələdiyyə özünüidarətemə orqanı olmaqla yanaşı, həm də özünü maliyyələşmə orqanıdır. Bələdiyyənin maliyyə imkanlarının artması nəticə etibari ilə sakinlərin üzləşdiyi problemlərin həllini də sürətləndirmiş olur. Bu sahədə ciddi işlər görülüb. Bu danılmaz faktdir. Məhz dövlət tərəfindən həyata keçirilən layihələrə bələdiyyə də maliyyə imkanları çərçivəsində öz dəstəyini göstərməkdədir.

Sədr daha sonra qeyd edib ki,  BAMS-ın ƏMDX məlumat sisteminə qoşulması sözsüz ki, büdcə gəlirlərinə öz müsbət təsirini göstərmiş olur.  Vergi məcəlləsinin tələblərinə görə verginin yığılmasında ərazi prinsipləri əsas götürülür. Lakin bir çox hallarda qəsəbələrin xəritələrinin verilməməsi,  üstəlik məlumat sistemində qəsəbəyə aid olan ərazinin rayon ərazisi kimi göstərilməsi və yaxud  əksinə rayon ərazisinn qəsəbə ərazisi kimi göstərilməsi məqbul sayılmır və bələdiyyələrdə çaşqınlıq yaradır. Odur ki,  mövcud problemlərin aradan qaldırılmasına bu gün ehtiyac var.

Bu gün qəsəbə ərazisinin sərhədlərinin müəyyən edilməsi məsələsinə yenidən baxılmalı və sərhədlərin müəyyən edilməsi başa çatdırılmalıdır. Bu cür anlaşılmazlıq sakinlər arasında qarışıqlıq yaradır.

Beləliklə, xəritələrin təsdiq edilməsi nəticə etibari ilə bələdiyyələrin problemlərin həllini sürətləndirə bilər.  Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
813

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
674

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
689

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
843

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
814