Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2025 , 20:55

1071

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

2025-ci ilin yanvar-iyun aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında

Şuşa rayonu üzrə 2025-ci ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 yanvar 2025-ci il vəziyyətə 1844,0 hektar sahədə şumlama işi aparılmış, ondan 926,1 hektarında buğda, 637,8 hektarında arpa, 117,7 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 926,1 hektar buğda sahəsi və 637,8 hektar arpa sahəsi olmuşdur.

2025-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 32,0 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 35,5 hektar sahədə isə yazlıq yonca  və 43,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (10,0 hektar yemiş, 33,5 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2025-ci ilin məhsulu üçün 1864,8 hektar əkin sahəsi vardır. Bunun 1681,6 hektarı payızlıq, 113,0 hektarı yazlıq və 70,2 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.

2025-ci ildə 1563,9 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 229,8 hektar və ya 12,8 faiz  azdır.

2025-ci ildə 77,5 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 74,0 hektar, yəni 48,8 faiz  azdır.

2025-ci ildə 117,7 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən  5,3 hektar, yəni 4,7 faiz çoxdur.

2025-ci ildə keçən illərdən qalma 70,2 hektar və 35,5 hektar yeni əkilmiş yonca sahəsi olmaqla cəmi 105,7 hektar yonca sahəsi vardır.

2025-ci ildə 105,7 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 5,3 hektar və ya 4,7 faiz  coxdur.

01 iyul 2025-ci il vəziyyətinə iri  buynuzlu  mal-qaranın sayı 4381 baş, inək  və  camışların sayı 2165  baş, qoyun  və  keçilərin sayı 22519 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 983 baş (18,3 faiz), inək  və  camışların sayı 379 baş (14,9 faiz), qoyun  və  keçilərin sayı isə 10651 baş (32,1 faiz) az olmuşdur.

2025-ci ilin yanvar-iyun ayları ərzində ət istehsalı 5984,0 sentner (diri çəkidə), süd istehsalı 11730,0 sentner, yumurta istehsalı 635,0 min ədəd, yun istehsalı isə 350,0 sentner olmuşdur. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3974,0 sentner və ya 197,7 faiz artmış, süd istehsalı 710,0 sentner və ya 5,7 faiz, yumurta istehsalı isə 5,0 min ədəd, və ya 0,8 faiz, yun istehsalı 130,0 sentner və ya 27,1 faiz  azalmışdır.                             

2025-ci ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 7947,3 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 75,1 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 5793,3 min manatını heyvandarlıq, 2154,0 min manatını isə bitkiçilik məhsulları təşkil etmişdir.

Anar  Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
813

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
674

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1108

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1029

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
689

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
704

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
843

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
740

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
814