Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-02-2025 , 00:27

639

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Habil Həmidov: “Bizi qarşıda ciddi layihələrin icrası gözləyir, ancaq ...”


 Xəbər verdiyimiz kimi, Xəzər rayon Binə bələdiyyəsinin seçkidən sonra  ilk iclası kecirilib.  17 nəfər  üzvü olan  Binə bələdiyyəsinə Habil Həmidov yenidən rəhbərlik edəcək.

***

 Həmidov Habil Sabir oğlu  29 aprel 1971-ci ildə Lerik rayonunda anadan olub. 2009-cu ildə ABU-nin Riyaziyyat-İnformatika ixtisası üzrə,  2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi üzrə ikinci ali təhsil alıb.

2009, 2014, 2019 və 2025- ci  illərdə Binə bələdiyyəsinin  üzvü seçilib. 2015-ci ilin yanvar ayından Binə bələdiyyəsinin sədri vəzifəsində çalışır.

***

Binə bələdiyyəsi əvvəlki beş il ərzində bir sıra çətinliklərlə üz-üzə qalsa da bütün hallarda vəziyyətdən çıxış yolu taparaq bələdiyyənin secicilər arasında nüfuzunun artmasına fəaliyyəti ilə nail ola bilib. Bəs növbəti beş il ərzində bələdiyyəni nə gozləyir? Bələdiyyə sədri olaraq daha  hansı layihələri icra etməyi planlaşdırır?

Məsələyə münasibət bildirən Xəzər rayonu Binə bələdiyyəsinin  sədri Habil Həmidov Belediyye.infoya açıqlamasında bildirib ki,  bələdiyyənin bu gün  başlıca məqsədi dövlət tərəfindən  əhalinin həyat səviyyəsinin və rifahının yaxşılaşdırılmasına yönələn addımlara öz dəstəyinini göstərməkdir. Bununla əlaqədar Binə bələdiyyəsi Xəzər RİH-in dəstəyi ilə  rayonda həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə çalışır. Növbəti beş il ərzində bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirmək və ən əsası real gəlir mənbələrini artırmağı  nəzərdə tuturuq. Bunun üçün  bələdiyyə tərəfindən dayanıqlı maliyyə mənbəyini yaratmaq niyyətimiz də var.

Bununla yanaşı növbəti illərdə əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilməsi, bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsi üçün addımların atılması qərara alınıb. Seçicilərlə görüşlərin təşkili, əldə etdiyimiz vəsaitin hara xərclənməsi barədə məlumatların verilməsi görüləcək işlər sırasındadır. Ən əsas vəzifələrdən biri də bələdiyyənin gəlirlərinin artırılması üçün bütün qüvvələrin səfərbər edilməsidir

Bizi qarşıda ciddi layihələrin icrası gözləyir. Ancaq həyata keçirmək istədiyimiz layihələrin hər biri maliyyə vəsaiti tələb edir. Təəssüf ki, ərazimizdə olan mülkiyyətin 60 faizindən çox hissəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması ucbatından vergi yığımında çətinliyimiz yaranır.

Bir faktı qeyd edək ki, son beş il ərzində əmlak vergisnin yığımında ciddi irəliləyişə nail olmuşurq. 2024-cü il ərzində bələdiyyə büdcəsinə 186.724 manat gəlir daxil olmuşdurki, bu da 2020 - ci illə müqayisədə  40 faizə yaxın artıq deməkdir.

BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi nəticə etibari ilə büdcə gəlirlərinə müsbət təsir  edib. Lakin ərazimizdə əmlakın kifayət qədər hissəsinin sənədinin olmaması bələdiyyənin fəaliyyətinə ciddi problem yaratmaqdadır.

Vətəndaşları bələdiyyə inamı yüksəkdir.  Belə ki,  il ərzində vətəndaşlardan  bələdiyyəyə 1925 müraciət daxil olmuş və müraciətdə qeyd  olunan məsələlər araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Vətəndaşların müraciətləri ilə bağlı bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.

İnanmaq istərdik ki, cari ildə müvafiq mərkəzi icra orqanları bələdiyyələrin üzləşdiyi problemlərin həllinə ciddi şəkildə dəstək vermiş olsalar, biz də yerli özünüidarə orqanı olaraq vətəndaşların qaldırğı pöroblemlərin həllini sürətləndirə bilərik.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hümbət Hüseynov sədr seçilib

Bakı
18-02-2025
1023