Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 11:53

301

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Aqil Heydərov: “Saatlı bələdiyyəsinin  xanım üzv və qulluqçuları bələdiyyənin inkişafına hər zaman maraqlıdırlar”

“Saatlı bələdiyyəsində ilk dəfə olaraq qadın üzvlərin və bələdiyyə qulluqçularının kollektiv şəkildə təbriki həyata keçirilib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.

Sədr Aqil Heydərov 8 Mart  Beynəlxalq Qadınlar Günü münasibətilə bələdiyyədə fəaliyyət göstərən qadın üzvləri və əməkdaşları təbrik edib. Saatlı bələdiyyəsinin  xanım üzv və qulluqçuları bələdiyyənin inkişafına hər zaman maraqlıdırlar.

A. Heydərov daha sonra hər bir xanıma cəmiyyətimizin inkişafında, yerli özünüidarəetmə sahəsində və bələdiyyə fəaliyyətində göstərdikləri  məsuliyyətli xidmət və  təşəbbüskarlığa görə minnətdarlığını bildirib, onlara möhkəm cansağılığı və  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra qonaqlara Saatlı bələdiyyəsi adından hədiyyələr təqdim edilib. Bələdiyyə üzvü Təranə Babayeva, Zemfira Hüseynova və digər üzvlər çıxış edərək onlara göstərilən diqqətə görə təşəkkür ediblər, göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz