Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2024 , 10:29

566

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hümbət Hüseynov: “Layihələrin böyük bir qismi məhz vətəndaş müraciətləri əsasında həyata keçirilib”  

 “Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi maliyyə imkanları daxilində sakinlərin rifahı naminə ərazisində məhəllədaxili küçələrə asfalt döşənməsi, təmir-tikinti və abadlıq, təmizlik və digər işlərin həyata keçirilməsinə nail olmuşdur”- bu fikirləri adıçəkiln bələdiyyənin sədri Hümbət Hüseynov bildirib.  

Sədr bildirib ki, layihələrin böyük bir qismi məhz vətəndaş müraciətləri əsasında həyata keçirilib.  

Bələdiyyədə vətəndaşların qəbuluna toxunan sədr qeyd edib ki,  bütün proses  “Vətəndaşıarın müraciətləri haqqında”  Qanunun 11-ci maddəsinə (Vətəndaşların qəbul edilməsi qaydası) uyğun olaraq həyata keçirilir. Belə ki, vətəndaşların şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində  qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün  olmadıqda müraciət yazılı şəkildə təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası “Vətəndaşların müraciətləri haqqında”  Qanunun  7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

2020-2024-cü illər ərzində vətəndaşlar əsasən torpaq və əmlak vergi borcunun ödənilməsi  ilə bağlı  şəxsi hesab kodunun açılması, kodun addan-ada dəyişdirilməsi, vergi borcu barədə məlumat almaq, vergi borcunun ödənilməməsinə görə bələdiyyə tərəfindən barəsində qəbul  edilmiş icra qərarı ilə bağlı, torpaq məsələləri, maddi yardım göstərilməsi, asfalt vurulması, kanalizasiya xəttinin çəkilməsi, ağacların götürülməsi və ya budanması və s. bağlı məsələlərlə bağlı qəbulda olmuşdur.

2023-cü il ərzində qəbulda olmuş vətəndaşlardan 341-nin müraciəti yazılı şəkildə  qəbul olunmuş və rəsmi məktublarla onlardan 235-i müsbət cavablandırılmış, 47-sinə müvafiq izahat  verilmiş, 59-u aidiyyəti üzrə göndərilmişdir.  Qalan 1034 nəfərin müraciəti şifahi cavablandırılmışdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər