Qoşqar Məmmədov: “Nizami bələdiyyəsi tərəfindən görülən bu işlər şəhidlərimizin əziz xatirəsinə olan hörmət və ehtiramın göstəricisidir”
“Gəncə şəhəri, Nizami bələdiyyəsi tərəfindən 20 yanvar və 1990 - cı illərin ilk şəhidlərinin məzarları və ətraf ərazilərdə təmir- bərpa abadlıq işləri həyata keçirilir. Görülən işlər çərçivəsində 350 kv metrdən artıq tamet örtüyü döşənir, 280 metr bordür quraşdırılır və ərazidə yol infastukturu təmir olunur”- bu fikirləri Belediyye.infoya adıçəlkilən bələdiyyənin sdəri Qoşqar Məmmədov deyib.
Sədrin
sözlərinə görə, aparılan işlər çərçivəsində
şəhidlərimizin məzarlarının səliqəli
saxlanılması və ziyarətə gələn vətəndaşlar üçün daha əlverişli şərait yaradılması məqsədi daşıyır.
Sədr
qeyd edib ki, Nizami bələdiyyəsi tərəfindən görülən bu işlər şəhidlərimizin əziz
xatirəsinə olan hörmət və ehtiramın göstəricisidir. Şəhidlərimin xatirəsinin
uca tutulması və onların məzarlarının daim səliqəli saxlanılması və ətraf
mühitin abadlaşdırılması istiqamətində işlər mütamadi olaraq davam edir.
“Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır və onların qəhrəmanlığı heç zaman unudulmur”- bu fikirləri də Qoşqar Məmmədov deyib.
Rəylər
0 Rəy