Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 20:34

143

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Növbəti ildə bələdiyyə büdcəsinin gəlirlərinin artırılması və abadlıq işlərinin genişləndirilməsi prioritet olacaq”

Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov 2026-cı ilin büdcə göstəriciləri və növbəti il üçün nəzərdə tutulan büdcə planları barədə açıqlama verib.

Bələdiyyə sədrinin sözlərinə görə, 2025-ci il oktyabrın 31-nə büdcə gəlirlərinin ümumi məbləği 1 milyon 760 min 585,41 manat təşkil edib. 2026-cı il oktyabrın 31-nə isə bu göstərici 2 milyon 68 min 87,54 manata çatıb. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirləri 307 min 502,13 manat artıb.

Əziz Zeynalov bildirib ki, büdcə gəlirlərinin daha da artırılması məqsədilə bir sıra təkliflər irəli sürülüb.

“Bələdiyyə olaraq alqı-satqı əməliyyatları zamanı əmlak vergisinin ödənilməsinin tələb olunması ilə bağlı təklifimizi irəli sürmüşük. Hesab edirik ki, bu istiqamətdə müvafiq tədbirlərin görülməsi büdcə gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Bununla əlaqədar aidiyyəti qurumlarla müzakirələrin aparılmasını və məsələnin diqqətdə saxlanılmasını xahiş etmişik”, – deyə bələdiyyə sədri qeyd edib.

Bələdiyyə sədri növbəti il üzrə büdcə gəlirlərinə dair proqnozlarını da açıqlayıb. Onun sözlərinə görə, mövcud göstəricilər və gəlirlərin artırılması istiqamətində həyata keçiriləcək tədbirlər nəzərə alınaraq, növbəti ildə büdcə gəlirlərinin 40 faiz artırılması hədəflənir.

Əziz Zeynalov növbəti ilin əsas xərc istiqamətlərindən də danışıb. Bildirib ki, prioritet məsələlərdən biri abadlıq işlərinin genişləndirilməsi və abad həyətlərin sayının artırılmasıdır.

“Əsas məqsədlərimizdən biri sakinlər üçün daha rahat və əlverişli yaşayış mühitinin yaradılmasıdır. Bu baxımdan, növbəti ildə abad həyətlərin sayının artırılmasını, mövcud ərazilərdə isə abadlıq işlərinin genişləndirilməsini planlaşdırırıq”, – deyə bələdiyyə sədri vurğulayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər