Səbail Bələdiyyəsində vətəndaşların növbəti qəbulu keçirilib
Səbail Bələdiyyəsinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib. Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında ətraflı müzakirələr aparılıb və qaldırılan suallarla bağlı müvafiq izahatlar verilib.
Görüş
zamanı vətəndaşlar gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər, onları
maraqlandıran məsələlər və mövcud problemlərin həlli ilə bağlı fikir və təkliflərini
səsləndiriblər. Hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlərin
mahiyyəti nəzərdən keçirilib, onların araşdırılması və həlli istiqamətində
görülə biləcək tədbirlər müzakirə olunub.
Qəbul
zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə
araşdırılması, aidiyyəti məsələlərin diqqətdə saxlanılması və mümkün həll
yollarının müəyyənləşdirilməsi istiqamətində müvafiq addımların atılması nəzərdə
tutulub.
Vətəndaşlarla
mütəmadi görüşlərin keçirilməsi, sakinlərin müraciət və təkliflərinə həssaslıqla
yanaşılması, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli
üçün zəruri tədbirlərin görülməsi Səbail Bələdiyyəsinin fəaliyyətində əsas
istiqamətlərdən birini təşkil edir.
Səbail Bələdiyyəsi bundan sonra da vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsinə, sakinlərin müraciətlərinin diqqətdə saxlanılmasına və əhalini narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinə xüsusi önəm verəcək.
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy