Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-10-2026 , 17:37

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

YAP-ın  VIII Qurultayın strateji hədəflərinin həyata keçirilməsi Əhmədli bələdiyyəsində  müzakirə olunub

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji istiqamətlərin təbliği, qarşıya qoyulan vəzifələrin icrası və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə görüşlər davam etdirilir. Görüşlər çərçivəsində qurultayda səsləndirilən mühüm müddəaların siyasi əhəmiyyəti, ölkənin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılır.

Oktyabrın 26-da Əhmədli qəsəbəsi, “3-cü Qəsəbə küçəsi  1” ( Əhmədli bələdiyyəsi) ünvanında yerləşən ərazi partiya təşkilatında görüş keçirilib. Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev iştirak edib və çıxış edərək VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflərin əhəmiyyətindən, onların həyata keçirilməsi istiqamətində görülməli işlərdən bəhs edib.

Görüşdə Azərbaycanın dövlət idarəçiliyi, iqtisadi inkişaf, sosial siyasət və beynəlxalq münasibətlər sahələrində qazandığı nailiyyətlər diqqətə çatdırılıb. Ölkəmizin milli maraqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün siyasi sabitliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və ictimai fəallığın artırılması mühüm şərtlərdəndir.

Ramil Mirzəyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, partiya yarandığı gündən Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsinə, milli birliyin möhkəmləndirilməsinə və ölkənin tərəqqisinə xidmət edən təşəbbüslərin həyata keçirilməsinə öz töhfəsini verir.

Təşkilat sədri vurğulayıb ki, qurultayda müəyyənləşdirilən prioritetlərin uğurla reallaşdırılması məqsədyönlü fəaliyyət, yüksək məsuliyyət və təşkilatlanmış əməkdaşlıq tələb edir. Bu baxımdan, qarşıya qoyulan vəzifələrin mahiyyətinin partiya üzvlərinə ətraflı çatdırılması, ideoloji işin gücləndirilməsi və hər bir üzvün ümumi məqsədlərin həyata keçirilməsində fəal iştirakının təmin olunması vacibdir. Onun sözlərinə görə, ərazi partiya təşkilatları partiyanın müəyyənləşdirdiyi siyasətin yerli səviyyədə təbliği, üzvlərin fəaliyyətinin əlaqələndirilməsi və ictimaiyyətlə münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm funksiyaya malikdir.

Görüş zamanı təşkilati işlərin daha səmərəli qurulması, partiya üzvləri ilə müntəzəm əlaqələrin saxlanılması və vətəndaşlarla dialoqun genişləndirilməsi məsələləri də müzakirə olunub. Qeyd edilib ki, əhalinin müraciət və təkliflərinin diqqətlə öyrənilməsi, insanların qayğılarına həssas yanaşılması, eləcə də ictimai əhəmiyyətli təşəbbüslərin dəstəklənməsi partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Bununla yanaşı, maarifləndirmə tədbirlərinin davamlı təşkili, üzvlərin siyasi biliklərinin artırılması və dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Müzakirələrdə gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, onların təşəbbüslərinə dəstək verilməsi, milli-mənəvi dəyərlərin qorunması və partiyadaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə də toxunulub. Bildirilib ki, gənc nəslin vətənpərvərlik, dövlətçilik ənənələrinə hörmət və ictimai məsuliyyət ruhunda formalaşması Azərbaycanın davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə partiya üzvlərinin üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi vacib amil kimi qiymətləndirilib.

Tədbirdə ərazi partiya təşkilatının fəaliyyətində təşəbbüskarlığın artırılması, üzvlər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təşkilati məsələlərin sistemli şəkildə həll edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, partiyanın ideoloji prinsiplərinin düzgün təbliği, üzvlərin ictimai fəallığının yüksəldilməsi və vətəndaşlarla səmərəli ünsiyyətin qurulması yerli təşkilatların fəaliyyətinin əsas istiqamətlərindəndir.

Görüşün gedişində səsləndirilən fikirlər VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin ərazi partiya təşkilatlarının gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini bir daha ön plana çıxarıb. İştirakçılar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində vahid mövqenin, məsuliyyətli yanaşmanın və birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Sonda qurultayın strateji hədəflərinin təbliğinin davam etdirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin təşəbbüskarlığının artırılması və ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının və təşkilati fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər