Təmraz Tağıyev: “Sakinlər bilməlidirlər ki,…”
“Sakinlərlə daha sıx əlaqələrin qurulması, onların müraciət və problemlərinin operativ şəkildə araşdırılması və yerli səviyyədə həllinə daha çox imkan yaradılması bu gün Nərimanov bələdiyyəsinin əsas fəaliyyəti prinsipidir”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədr qeyd edib ki, bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən
ilk növbədə sakinlərlə mütəmadi görüşlərin keçirilməsi, bələdiyyəyə daxil olan
müraciətlərin elektron şəkildə qəbulu və
onların izlənilməsi, görülən işlər barədə
ictimaiyyətə müntəzəm məlumat verilməsi təsdiq edilmiş proqramın tərkib hissəsi
hesab edilir.
Bununla yanaşı, Nərimanov rayonunda abadlıq, yaşıllıqların
qorunması, məhəllələrin və ümumi istifadə olunan ərazilərin vəziyyətinin
yaxşılaşdırılması istiqamətində daha sistemli layihələrin həyata keçirilməsi də
bələdiyyə üçün gündəmdə olan məsələlərdəndir.
Sədr qeyd edib ki, Nərimanov RİH-lə, o cümlədən ictimai təşkilatlar və sakinlərlə əməkdaşlığının
genişləndirilməsi də bu prosesə müsbət təsir göstərə bilən amillədəndir.
Təmraz Tağıyevin fikrincə, bu gün hər bir bələdiyyənin fəaliyyətində şəffaflıq,
hesabatlılıq və vətəndaş məmnuniyyəti əsas prinsiplərdən biri olmalıdır. Sakinlər
bilməlidirlər ki, onların təklif və müraciətləri dinlənilir, nəzərə alınır və
mümkün olduğu qədər konkret nəticəyə çevrilir.
Nərimanov bələdiyyəsinin daha mükəmməl fəaliyyəti üçün əsas
istiqamət məhz sakinlərlə bələdiyyə
arasında etimad və əməkdaşlıq mühitinin daha da gücləndirilməsidir.
Təmraz Tağıyev hesab edir ki, müasir yanaşmaların tətbiqi, rəqəmsal
imkanların genişləndirilməsi və vətəndaş iştirakçılığının artırılması bələdiyyənin
fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verə bilər. Odur ki, Nərimanov
bələdiyyəsinin kollektivi bu istiqamətdə var gücü ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy