Azərbaycan-Türkiyə Qardaşlığının Tarsus İmzası
Xətai Bələdiyyəsi ilə Tarsus Bələdiyyəsi arasında sönməyən dostluq
Azarbaycan və Türkiyə arasındakı "Bir millət, iki dövlət"
fəlsəfəsi təkcə qlobal strateji tərəfdaşlıq layihələrində deyil, həm də yerli
özünüidarəetmə orqanları arasında qurulan sarsılmaz dostluq və əmakdaşlıq əlaqələrində
özünü bariz şəkildə göstərir. Bu qardaşlığın parlaq nümunələrindən biri
31.08.2007-ci ildən əsası qoyulan Bakı şəhari Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü,
Xətai Rayonu Xatai Bələdiyyəsinin iştirakı ilə "Qardaşlaşmış şəhər"
lahiyyəsi çərçivəsində Türkiyənin Mersin şəhərinin Tarsus Bələdiyyəsi ilə
qurulan rəsmi əməkdaşlıq və qardaşlıq münasibətləridir.
Xətai Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi və təşəbbüsü
ilə başlayan bu əlaqələr ötən illər ərzində inkişaf edərək səmimi dostluq və
qarşılıqlı əməkdaşlıq münasibətlərinə çevrilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin türk
dünyasının birliyi, dirçəlişi və həmrəyliyi naminə göstərdiyi misilsiz xidmətlər
bu gün qardaş türk dövlətləri tərəfindən böyük ehtiramla qiymətləndirilir. Ulu
Öndərin türk dövlətləri arasında yaratdığı möhkəm mənəvi və siyasi bağlar onun
irsinin bu gün də ortaq dəyər kimi yaşadılmasına xidmət edir.
Türkiyədə Heydər Əliyevin xatirəsinə göstərilən xüsusi
ehtiram iki qardaş ölkə arasındakı sarsılmaz münasibətlərin bariz ifadəsidir,
Bu ehtiramın Tarsusdakı mühüm nümunələrindən biri Berdan çayı üzərində salınan
körpüyə Heydər Əliyevin adının verilməsidir. Bu addım Ulu Öndərin əziz xatirəsinə
Türkiyə torpağında göstərilən dərin hörmətin və qədirbilənliyin əbədi rəmzinə
çevrilmişdir.
Mövcud aməkdaşlığın davamı olaraq körpü ilə Tarsusun məşhur
şəlaləsi arasındakı 2,5 hektarlıq ərazidə Heydər Əliyev adına xüsusi park
kompleksi yaradılmış, ərazidə geniş abadlıq və bərpa işləri həyata keçirilmiş,
Ulu Öndərin əzəmətli abidəsi ucaldılmışdır. Park zamanla yalnız istirahət məkanı
deyil, Tarsus sakinləri və burada yaşayan azərbaycanlılar üçün doğma və mənəvi əhəmiyyət
daşıyan bir makana çevrilmişdir.
Parkın ərazisində söhbətgahlar, oturacaqlar və sakinlərin
istifadəsi üçün informasiya məqsədli monitor quraşdırılmışdır. Bununla yanaşı,
parkın müasir, rahat və funksional ictimai məkan kimi qorunması va inkişaf
etdirilməsi istiqamətində işlər davam etdirilir.
Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xətai Rayonu Xətai
Bələdiyyəsinin iştirakı ilə Heydər Əliyev adına parkda Ulu Öndərin doğum günü və
anım günlərinə həsr olunan müxtəlif rəsmi tədbirlər mütəmadi olaraq təşkil
edilir. Şəhər mərkəzində yerləşən abidə və park kompleksi iki qardaş bələdiyyənin
ortaq dəyərlərinin mühüm rəmzlərindən birinə çevrilmişdir.
Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai və Tarsus bələdiyyələri
arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf
etdirilməsinə xüsusi diqqət yetirir. Bu münasibətlər qarşılıqlı olaraq gələcəkdədə
davam etdiriləcəkdir.
Xətai bələdiyyəsi
Rəylər
0 Rəy