Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2026 , 14:59

135

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “İlin sonunadək qarşıya qoyduğumuz hədəfə çatacağıq”

“Hazırda Buzovna bələdiyyəsinin vergi xidmətinin əsas faəliyyəti hər daim  büdcə gəlirlərini artırmağa yönəlib. Lakin ərazidə sənədsiz əmlakların olması, üstəlik bəzi vətəndaşların vergi ödəməkdən yayınması bütün hallarda büdcə artımına da öz təsiri göstərir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sdəri İsrafil Hüseynov deyib.

Sədrin sözlərinə görə, lakin bu çətinliklərə baxmayaraq, avqust ayında ciddi artıma nail olunub. Büdcə gəlirlərində 2025-ci ilin avqust ayı ilə müqayisədə, cari ilin avqust ayında səkkiz faizlik artım müşahidə olunub. Belə ki, 2025-ci ilin avqust ayında ümumi olaraq 34.295 manat əldə olunmuşdursa, cari ilin avqust ayında bu rəqəm 37.009 manat olub. Ümumi səkkiz aylıq göstəricilərdə də artım müşahidə olunub. Belə ki, ötən ilin səkkiz ayında 251.366 manata qarşı, cari ilin səkkiz ayında 256.122 manat əldə olunub. Bu isə ümumilikdə iki faizlik artım deməkdir.

Sədr qeyd edib ki, sözsüz ki, əldə olunan bu rəqəmlər bizi qane etmir. Və nəzərə alsaq ki, növbəti ildən bildirişlərin paylanılması yalnız onlayn şəkildə olacaq, belə olan halda artıq vergi xidmətinin əməkdaşları cari ilin əvvəlindən bu prosesə hazırlaşırlar. Ötən müddət ərzində Bələdiyyələrin Vahid İnformasiya Sistemində (BVİS) mövcud olan boşluqların aradan qaldırılması həyata keçirilmiş, təkrarçılıq halları aradan qaldırılıb. Artıq bu istiqamətdə işlər başa çatmaq üzrədir. Bununla yanaşı BVİS-də qeydiyyatda olan vergi ödəyicilər haqqında əlaqə məlumatları dəqiqləşdirilir.

Bəzi hallarda bununla bağlı çətinliyimiz olsa da, əməkdaşlarımız bu çətinliyin aradan qaldırılmasına çalışır.

Sədr qeyd edib ki, ilin sonunadək qarşıya qoyduğumuz hədəfə çatacağıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər