Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 12:11

228

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: Bayram günündə Nərimanov rayonunun ən yaşlı xanımlarını ziyarət etdik”


“Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə  həmişə böyük hörmətlə yanaşırdı”- bu fikirləri Qərbi Azərbaycan İcması  Nərimanov rayon təşkilatının rəhbəri  Təmraz Tağıyev  bildirib.

Təşkilat rəhbəri Belediyye.infoya açıqlamasında bildirib ki, min illər boyu hər birimiz Ana Vətən demişik, çünki ölkəmizdə Vətən anlayşı hər zaman ana ilə təcəssüm olunub. Bu gün Azərbaycan qadını ən xoş və səmimi sözlərə layiqdir. Bu gün xanımlarımız həm evdə, həm işdə hər bir işi mükəmməl görərək daha üstün nəticələr əldə edirlər. Bu gün  müstəqil Azərbaycanın əldə etdiyi uğurlarda qadınlarımızın öz yeri və töhfəsi vardır.

Təmraz Tağıyev açıqlmasında  deyib ki, Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatı belə bir gündə xanımları unutmayıb. Bu gün təşkilat üzvlərinin iştirakı ilə Nərimanov rayonunda yaşayan ən yaşılı xanımları 104 yaşlı Fatma İsmayılovanı, 99 yaşlı Sənubər Vəliyeva, 94  yaşlı Gülşən İbrahimova, 94  yaşlı Fatma Həsənovanı  və 84 yaşlı Gülbəniz Muradova, o cümlədən  20 Yanvar şəhidləri İlham və Fərizənin ailə üzvlərini  mənzillərində ziyarət edərək  təbrik edərək, onlara cansağlığı arzulayıblar.

Sonda xanımların  hər birinə gül dəstələri və qiymətli hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1712