Təmraz Tağıyev: “Bayram günündə Nərimanov rayonunun ən yaşlı xanımlarını ziyarət etdik”
“Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşırdı”- bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.
Təşkilat rəhbəri Belediyye.infoya açıqlamasında bildirib ki, min illər boyu hər birimiz Ana
Vətən demişik, çünki ölkəmizdə
Vətən anlayşı hər zaman ana ilə təcəssüm olunub. Bu gün Azərbaycan
qadını ən xoş və səmimi sözlərə
layiqdir. Bu gün xanımlarımız həm evdə, həm işdə hər bir işi mükəmməl görərək
daha üstün nəticələr əldə edirlər. Bu gün müstəqil Azərbaycanın əldə
etdiyi uğurlarda qadınlarımızın öz yeri və töhfəsi vardır.
Təmraz
Tağıyev açıqlmasında deyib ki, Qərbi Azərbaycan
İcmasının Nərimanov təşkilatı belə bir gündə xanımları unutmayıb. Bu gün təşkilat
üzvlərinin iştirakı ilə Nərimanov rayonunda yaşayan ən yaşılı xanımları 104
yaşlı Fatma İsmayılovanı, 99 yaşlı Sənubər Vəliyeva, 94 yaşlı Gülşən İbrahimova, 94 yaşlı Fatma Həsənovanı və 84 yaşlı Gülbəniz Muradova, o cümlədən 20 Yanvar şəhidləri İlham və Fərizənin ailə
üzvlərini mənzillərində ziyarət edərək təbrik edərək, onlara cansağlığı
arzulayıblar.
Sonda
xanımların hər birinə gül dəstələri və
qiymətli hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.
Belediyye.info
Rəylər
0 Rəy