Hacı Əliyev növbəti vətəndaş qəbulu keçirib
Səbail bələdiyyəsində sakinlərlə növbəti vətəndaş qəbulu keçirilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Qeyd
edilir ki, Səbail bələdiyyəsinin sədri Hacı Əliyevin rəhbərliyi ilə bələdiyyənin
inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul
zamanı sakinlər bələdiyyə rəsmilərinə müxtəlif
mövzularda müraciət ediblər. Əsasən kommunal xidmətlər, torpaq istifadəsi, yol
və küçə infrastrukturu, bələdiyyə hüquqları və digər gündəlik problemlər diqqət
mərkəzində olub.
Bələdiyyə sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə həlli mümkün olan məsələlər üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Belediyye.info
Rəylər
0 Rəy