İsrafil Hüseynov: “Büdcə gəlirlərimizin altı faizi icra-probasiya orqanına göndərilən aktların icrası ilə bağlı olub”
“Buzovna bələdiyyəsi büdcə gəlirlərini artırmaq üçün var qüvvəsi ilə çalışır. Bunun üçün bələdiyyənin vergi xidmətinin əsas məqsədi vergi ödəyiciləri ilə görüşlərin təşkili, müəyyən maarifləndirici söhbətlərin aparılması ilə yanaşı, hazırda həmçinin sosial media platformalarından istifadə etməklə məlumatların paylaşılmasına üstünlük verilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Sədrin
sözlərinə görə, hazırda bələdiyyənin inzibati ərazisində 12.284 təsərrüfat qeydə
alınmışdır ki, bununlardan 1.110 nəfər vergi qanunvericiliyində nəzərdə
tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 136 mənzil əmlak
vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2 aşağı olan 1 otaqlı mənzillərdir.
Göstərilən
vergi ödəyiciləridən hesabat dövründə 5.349 ödəyici vergiyə cəlb olunmuşdur.
Bunlardan 2.775 nəfər əmlak vergisi, 2.574 nəfər isə torpaq vergisi ödəmişdir.
Sədr əlavə
edib ki, 2025-ci il ərzində bələdiyyə büdcəsinə 2024-cü illə müqayisədə 5.6
faiz artıq, yəni ümumilikdə 376.238
manat maliyyə vəsaiti daxil olub.
Bələdiyyənin
əldə etdiyi maliyyə vəsaitin 5.9
faizi icra-probasiya orqanına göndərilən
aktların icrası ilə bağlı olub. 2023- cü illə müqayisədə bu istiqamətdən ötən
il 126 faiz artıq maliyyə vəsaiti daxil
olub.
Belə
ki, 2023-cü ildə 59 nəfər barəsində qərar qəbul olunub. İddia tələbi 27586 manat
olub. Bu iddia tələbindən bələdiyyə büdcəsində
9.941 manat ödənilib. 2024-cü ildə 70 nəfər barəsində qərar qəbul
olunub. İddia tələbi 25.519 manat olub və
iddia tələbindən bələdiyyə büdcəsində
7.381 manat ödənilib.
Ötən
ildə isə 91 nəfər barəsində qərar qəbul olunub. İddia tələbi 63.215 manat olsa
da, iddia tələbindən bələdiyyə büdcəsinə
22.482 manat ödənilməsinə nail olunub.
Bələdiyyənin
hüquqşünasının və bələdiyyənin vergi xidmətinin birgə səyi ilə cari ildə daha yüksək nəticələrin əldə ediləcəyi gözlənilir.
Sədr sonda qeyd edib ki, büdcə gəlirlərini artırmaqla bir tərəfdən sakinlərimizin qaldırdığı problemlərin həllini sürətləndirə bilərik, digər tərəfdən bələdiyyə qulluqçularının özlərinin sosial-məişət qayğılarının həlinə nail olacağıq.
Belediyye.info
Rəylər
0 Rəy