Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2025 , 19:54

1137

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Otuz il ərzində gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin Qələbəmizin əldə olunmasında mühüm əhəmiyyətə malik olub”

27 Sentyabr – Anım Günü ilə əlaqədar  Nərimanov bələdiyyəsinin inzibati binasında Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyalarının iştirakı ilə tədbir keçirilib.

Torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirlərdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, 30 ilə yaxın müddətdə işğal altında qalmış dogma torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Məhz Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində Azərbaycan tarixinin yeni və şanlı salnaməsi qızıl hərflərlə yazılıb. Rəşadətli Ordumuzun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində döyüş meydanında parlaq Qələbə qazanılıb, 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa olunub.

Sədr bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatdı, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sədr  otuz il ərzində gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin Qələbəmizin əldə olunmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tədbirdə  doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Tədbirdə Nərimanov bələdiyyəsinin kollektivi və kollektivdə çalışan şəhid və qazi ailələrinin üzvləri, habelə  Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının, “Bələdiyyələrə onlayn xidmət” mərkəzinin rəsmiləri iştirak ediblər.

Sonda tədbir iştirakçıları Nərimanov bələdiyyəsinin inzibati binasında düzəldilmiş xatirə lövhəsinin qarşısına gül dəstəsi düzüblər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər