İsrafil Hüseynov: “Bu gün bələdiyyə qulluqçusu özünü cəmiyyətdə əhalinin problemlərinin həllində fəal iştirak edən şəxs hesab edir”
“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlara daha asan və əlçatan xidmətin göstərilməsini şərtləndirir, bununla bağlı bələdiyyələrdə də fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülməkdədir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.
BAMS
proqramının təkmilləşdirilməsi, proqramın ƏMDX məlumat sisteminə inteqrasiya edilməsi
və digər yeniliklərin tətbiq sayəsində büdcə gəlirlərində artımın müşahidə
edilməsi nəticə etibari ilə vətəndaş məmnunluğunun təmin edilməsinə şərait
yaratmaqdadır.
Əhaliyə
göstərilən xidmətlər ilk növbədə vətəndaşların müraciətlərinə diqqət və qayğı
ilə yanaşılması, məmnunluğun təmin edilməsi, vətəndaş-bələdiyyə münasibətlərinin sağlam
zəmində qurulması tələb olunur.
Bu mənada
ölkə başçısının və Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın vətəndaşlara həssas münasibəti, sosial təşəbbüsləri və çağırışları hər
bir bələdiyyə işçisinin, deyərdim ki, bütün bələdiyyələrin fəaliyyət prinsipinə
çevrilib. Bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisinin davamlılığı, bələdiyyələri
daha çox əhalinin sosial problemlərinin həllinə yönəlmiş layihələrdə yaxından
iştiraka bir növ təhrik edir.
Sədr qeyd edib ki, bu gün bələdiyyə qulluqçusu özünü cəmiyyətdə əhalinin problemlərinin həllində fəal iştirak edən şəxs hesab edir və bu prinsipi vətəndaşlıq borcu olaraq öz fəaliyyətində rəhbər tutur.
Belediyye.info
Rəylər
0 Rəy