Sumqayıt bələdiyyəsi tərəfindən şəhərdə yeni tullantı qutuları quraşdırılıb
Sumqayıt şəhəri ərazisində Sumqayıt bələdiyyəsi tərəfindən yeni müasir tullantı qutuları quraşdırılıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qeyd edilir ki, Nəsimi adına Mədəniyyət
və İstirahət parkında və yaxınlıqdakı xiyabanda zibil qutularının azlığı, xüsusən
də istirahət günlərində müəyyən narahatlıqlar yaradırdı. Ziyarətçilər
tullantıları atmaq üçün uzun məsafə qət etməli olur, bəzi hallarda isə ətraf
mühitin çirklənməsi halları müşahidə edilirdi.
Sumqayıt
bələdiyyəsi tərəfindən park ərazisində quraşdırılan yeni zibil qutularının təmizliyin
qorunmasına və park sakinlərinin rahatlığına müsbət təsir göstərəcəyi gözlənilir.
Bu addımın şəhərin digər, insanların sıx istifadə etdiyi ərazilərində, park və xiyabanlarında da davamlı olaraq tətbiq edilməsi nəzərdə tutulur. Ümumilikdə, zibil qutularının sayının artırılması həm şəhərin estetik görünüşünə, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy