Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2026 , 00:45

187

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Yardımlı bələdiyyələri il ərzində yerli vergilərin həcmini 2.4 dəfə artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Yardımlı rayonunda formalaşan  8 bələdiyyənin büdcə gəliri 152.900 manat olub. Bu 2024-ci llə müqayisədə 37.1 faiz çoxdur. 2024 cü ildə rayonda formalaşan  30 bələdiyyənin büdcə gəliri 111.500 manat olub.

Əldə edilən gəlirin 27.9 faizi vergilərdən, 72.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 19.8  faizi torpaq, 8.1 faizi əmlak vergisindən daxil olub. İl ərzində 30.300 manatlıq torpaq vergisi, 12.400 manatlıq əmlak vergisi toplanılıb.

Yardımlı  bələdiyyələrinin büdcə gəlirinin 35.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Yardımlı bələdiyyələri ötən il bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən 38.200 manat vəssait daxil olub.  Bu da ötən illə müqayisədə 347.3 faiz artıq deməkdir.  İl ərzində Yardmılı bələdiyyələrinə 53 min  manat dotasiya ayrılıb. Bu da ümumi büdcə gəlirinin 34.2 faizi deməkdir.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər