İradə Ağayeva: “Bələdiyyəyə müraciət edən hər bir vətəndaşı məmnun yola salmaq üçün var gücümüzlə çalışırıq”
“Birləşdirmə nəticəsində bələdiyyənin əhatə etdiyi ərazinin və əhalinin sayı bir xeyli artmış oldu. Bu addımın atılması bir tərəfdən maliyyənin təmərküzləşməsinə, digər tərəfdən də bələdiyyənin xərclərinnin azalmasına öz müsbət təsirini göstərmiş oldu. Üç bələdiyyənin Hişkədərə, Miyanku və Tüklə bələdiyyələrinin birləşdirilməsindən formalaşan Hişkədərə bələdiyyəsi özündə səkkiz kəndi Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və Tüklə kəndlərini əhatə edir. Birləşdirmə həm də yeni formalaşan bələdiyyələrin seçici qarşısında məsuliyyət yükünü bir xeyli artırmış oldu”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Hişkədərə bələdiyyəsinin sədri İradə Ağayeva deyib.
Sədrin
sözlərinə görə, hazırda bələdiyyənin əsas məqsədi vergi daxilolmalarının həcmini
artırmaqdır. Bunun üçün 13 nəfər üzvü olan Hiskədərə bələdiyyəsi var qüvvəsi ilə
çalışır.
Əldə
olunan nəticədə məhz bu fəaliyyət sayəsində əldə olunub. Bələdiyyənin 2025-ci
ildə birinci rübündəki fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə 1.422 manat vəsait
daxil olmuşdur. Əldə olunan vəsaitin 150 manatı əmlak, 210 manatı torpaq, 637
manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirlməsindən əldə olunmuşdu.
Cari
ili birinci rübündə isə artım kifayət qədər
olub. Belə ki, əmlak
vergisindən 2.651 manat, 2.193 manat torpaq vergisindən, bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən 3.637 manat, bələdiyyə mülkiyyətinin icarəsindən 3.852
manat daxil olub. Bununla yanaşı rüb ərzində bələdiyyəyə 67 manat ianə edilib.
Ümumilikdə rüb ərzində bələdiyyə büdcəsinə 12.400 manat vəsait daxil olub. Ötən
ildən qalan qalığı, yəni 7.171 manatı əlavə etmiş olasaq onda ümumi olaraq bələdiyyə
büdcəsində rüb ərzində 9.574 manat vəsait olub.
Rüb ərzində
daxil olan vəsaitin 6.808 manatı bələdiyyə ərazisinə daxil olan kəndlərin məhəllə
daxili yolların təmiri və ərazilərdə aparılan abadlıq-quruculuq işlərinə
ayrılıb. Bununla yanaşı rüb ərzində əhalinin həssas qruplarına 580 manat həcmində
maddi yardım da göstərilib.
Bu gün bələdiyyə
BAMS proqramının verdiyi imkanlardan istifadə etməklə büdcə gəlirlərini daha da
artırmaq niyyətindədir. Bələdiyyəyə müraciət edən hər bir vətəndaşı məmnun yola
salmaq üçün var gücümüzlə çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy