Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2026 , 16:56

161

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Eyvaz Orucov: “Yerli vergiləri vaxtında  ödənilməsi bələdiyyənin inkişafına, yerli xidmətlərin davamlılığına və şəhərimizin rifahına birbaşa dəstəkdir”


 

“BAMS proqramının mütəmai olaraq yenilənməsi bələdiyyə qulluqçuların işini  asanlaşdırmaqla yanaşı həm də ödəyicilərə öz vergi borcları ilə ətraflı tanış olmaq imkanı  yaradır. Bu system vergi yığımında şəffaflığı və səmərəliliyi artırır, həmçinin   vətəndaşlar daha çox məlumat əldə etmək şansı yaranır”- bu fikirləri Belediyye.infopya Qax bələdiyyəsinin sədri Eyvaz Orucov deyib.

Sədr qeyd edib ki, 2024-cü ilin birinci rübündə  bələdiyyənin gəliri 15,597 manat, 2025-ci ilin birinci rübündə 27,976 manat, 2026-cı ilin birinci rübündə isə 31,372 manat olmuşdur. 2024-cü il ilə 2025-ci ilin müqayisəsində 79% artım, 2025-ci il ilə 2026-cı ilin müqayisəsində 12% artım, 2024-cü il ilə 2026-cı ilin müqayisəsində isə 101% artım müşahidə olunmuşdur. Vergi xidmətinin fəaliyyətinin nəticəsi olaraq, 2026-cı ilin birinci rübündə Qax bələdiyyəsində vergi yığımında əhəmiyyətli artım qeydə alınmışdır. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu irəliləyiş bələdiyyənin rəsmilərinin, vergi şöbəsinin və bələdiyyə üzvlərinin birgə səylərinin nəticəsində əldə olunub. Bələdiyyə olaraq, hər birimizin məqsədi vəsaitlərin toplanmasını sistemli, şəffaf və səmərəli şəkildə həyata keçirməkdir. Bu uğur yalnız büdcənin artımı deyil, həm də yığılmış vəsaitlərin məqsədyönlü və effektiv istifadəsinə, vətəndaşlara göstərilən xidmətlərin yüksəldilməsinə və şəhərimizin abadlaşdırılmasına birbaşa təsir göstərir.

Bələdiyyə olaraq hər bir vətəndaşımıza xatırladırıq ki, yerli vergilərin məsuliyyətlə vaxtında  ödənilməsi bələdiyyənin inkişafına, yerli xidmətlərin davamlılığına və şəhərimizin rifahına birbaşa dəstəkdir. Biz, Qax bələdiyyəsi olaraq, vətəndaşlarla əməkdaşlığı gücləndirməyə,  şəhərimizi daha yaxşı və müasir bir məkana çevirməyə çalışırıq.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər