İsmayıl Rəsulov növbəti vətəndaş qəbulu keçirib
Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov və bələdiyyənin məsul əməkdaşları iştirak ediblər.
Görüş
zamanı vətəndaşlar sosial, məişət, torpaq və infrastruktur sahələri üzrə mövcud
problemlərlə bağlı müraciətlərini və təkliflərini birbaşa bələdiyyə sədrinə təqdim
etmiş, onları narahat edən məsələləri diqqətə çatdırıblar.
Qəbul
zamanı sədr İsmayıl Rəsulov vətəndaşların müraciətlərini diqqətlə dinləmiş,
qaldırılan məsələlərin operativ və səmərəli həlli məqsədilə aidiyyəti struktur
bölmələrinə müvafiq tapşırıqlar vermişdir. O, əhalinin sosial rifahının yüksəldilməsi,
mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və vətəndaş məmnunluğunun
təmin edilməsinin bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən olduğunu xüsusi
vurğulayıblar.
Qeyd olunub ki, mütəmadi şəkildə keçirilən vətəndaş qəbulları yerli özünüidarəetmə orqanları ilə əhali arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, açıq və səmərəli dialoqun genişləndirilməsinə, eyni zamanda ictimai etimadın artırılmasına mühüm töhfə verir.
Ağcabədi bələdiyyəsi
Rəylər
0 Rəy