Saatlıda "Gender bərabərliyi və idarəetmədə qadınların rolu" mövzusunda tədbir keçirilib
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş "Gender bərabərliyi və idarəetmədə qadınların rolu" adlı tədbir keçirilib. Tədbirdə Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov və bələdiyyə qulluqçusu Şəms Abdullayeva iştirak edib.
Tədbirin
gedişində icma sakinləri tərəfindən bələdiyyələrdəki Gender komissiyalarının fəaliyyəti
haqqında və qızların təhsilinə dəstəyi barədə suallar verilib.
Saatlı
bələdiyyəsi sədri Aqil Heydərovun
ictimai əsaslarla müavini və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin tabeliyində fəaliyyəti göstərən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin
sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva sualları cavablandıraraq bildirib ki,
2025-ci il 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində 10 qadın üzv
seçilib, bu üzvlərin hər biri rayonun aktiv qadınlarıdır və Saatlı bələdiyyəsi
üzv olan qadınların hesabat
iclaslarında, aztəminatlı ailələrə dəstək məqsədli ziyarətlərdə, maarifləndirmə
xarakterli tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.
Gender
məsələləri üzrə komissiyanın fəaliyyəti barədə danışan F. Əliyeva ötən dövr ərzində gender məsələləri və məişət
zorakılığı ilə bağlı müraciət daxil olmadığını, qarşıdakı dövrdə belə müraciətlər
olarsa, səlahiyyətləri daxilində aidiyyatı qurumlarla birgə öhdəlikləri yerinə
yetirəcəklərini bildirdi.
Daha
sonra bələdiyyələrdə bu komissiyanın
yaradılmasının qadınların ictimai və siyasi fəallığının artırılması, gender əsaslı
ayrı-seçkiliyin qarşısının alınması məqsədlərini daşıdığını bildirib.
Sonda
isə bələdiyyənin qızların təhsilinə dəstəyi haqqında danışaraq Saatlı bələdiyyəsinin
ötən il ərzində aztəminatlı ailədən olan 10 uşağı məktəbli geyimi və ləvazimatları
ilə təmin etdiyini bildirib.
Saatlı bələdiyyəsi
Rəylər
0 Rəy