Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2026 , 01:20

749

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İcra hakimiyyətinin hesabat yığıncağında bələdiyyə sədrinə də söz verilib

Siyəzən rayonunda 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Milli Məclisinin deputatı Müşfiq Məmmədli rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, sahibkarlar və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin Siyəzən şəhərində ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulmuşdur.

Hesabat yığıncağında 2025-ci ildə Siyəzən rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tərəfindən geniş və əhatəli məruzə ilə çıxış edilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, ümumilikdə Azərbaycanın sosial-iqtisadi inkişafı, sabitlik və firavanlıq məsələləri barədə fikirlərini bölüşmüşdür.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli isə çıxışında Siyəzən rayonunun inkişaf perspektivlərinə toxunub, rayon üzrə həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışmışdır.

Hesabat yığıncağında, həmçinin Siyəzən Su Meliorasiya Sistemləri İdarəsinin rəisi Murad Xəlilov, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrətdin Osmanov, “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nərgiz Əliyeva, rayon üzrə təhsil sektorunun müdiri Elşad Sultanov, “Siyəzən Broyler” ASC-nin direktoru Cavid Abbasov, Siyəzən Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova və Siyəzən Bələdiyyəsinin sədri Nicat Səmədzadə çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər, mövcud problemlər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişlər.

Yığıncağın sonunda hesabat yığıncağının qərarı oxunub, iştirakçıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.



Rəylər

0 Rəy


Rəy yaz