Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2026 , 20:17

1219

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Mingəçevir bələdiyyəsi hesabat verdi

Mingəçevir bələdiyyəsi 2025-ci ildəki fəaliyyəti barədə ictimaiyyətə illik  hesabatını təqdim edib. Bələdiyyənin iclas zalında baş tutan yığıncaqda bələdiyyə üzv və qulluqçuları, şəhər İcra Hakimiyyətinin məsul işçisi, YAP şəhər təşkilatınln sədri, sakinlər, məhəllə komitələrinin üzvləri, KİV və QHT nümayəndələri, idarə və müəssisə rəhbərləri , habelə yüz nəfərdən artıq şəhər sakini iştirak edirdilər.

Hesabat məruzəsi ilə bələdiyyənin sədri Anar İsmayılov çıxış etdi. O, bələdiyyənin bir il ərzində gördüyü işlər haqqında - yerli büdcənin gəlir və xərclərindən, keçirilən mədəni-kütləvi və idman tədbirlərindən, aparılmış abadlıq işlərindən, sosial layihələrdən geniş məlumat verdi və qarşıda duran vəzifələrdən danışdı.

Məruzə ətrafında şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəsul Paşayev, Valideynlər Assosiyasının prezidenti Fərman Nəbiyev,  Şəhid ailələrini müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, "Mingəçevir" qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, məhəllə komitəsinin sədri Əbülfət Babayev, sakinlər Vaqif Sadıxov, Rizvan Mikayıllı və başqaları çıxış etdilər, bələdiyyənin illik fəaliyyətinə münasibətlərini bildirdilər.

Yığıncaq iştirakçılarının təklifi ilə Mingəçevir bələdiyyəsinin 2025-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edildi.

Mingəçevir bələdiyyəsi




Rəylər

0 Rəy


Rəy yaz