Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-12-2025 , 20:26

780

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: “Borclu vətəndaşla söhbətlərin nəticəsi olmayanda....”

 “Bu gün bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara layiqincə xidmət etməkdən ibarət olmalıdır”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib.

Sədr daha sonra qeyd edib ki, vətəndaşa layiqincə xidmət üçün bələdiyyənin büdcə daxilolmaları yüksək olmalı və vergi xidməti orqanı bu məqsədə çalışmalıdır.

Məhz bu addımların sayəsində Vəndam bələdiyyəsinin yerli vergilərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3  dəfə artımışdır.  Cari ilin 11 ayı ərzində  torpaq vergisinin həcmi  2024-cü ilin eyni dövrü ilə müqayisədə 105 %, əmlak vergisi isə 130% artıb.

Bələdiyyənin vergi xidməti orqanı bu gün bütün qüvvəsini səfərbər edərək BAMS proqramının verdiyi imkandan tam yaralanmağa çalışır. SMS xidmətindən yararlanmaqla yanaşı, borclu vətəndaşlar haqqında aktları icra-probasiya şöbəsinə göndərməmişdən əvvəl ard-arda söhbətlər aparır, izahatlar verilir, qanunun tələbləri vətəndaşa izah edilir. Bütün bu addımların nəticəsi olmayanda məcbur olub bələdiyyə iclasında təsdiq edilmiş aktı müvafiq orqana göndəririk.

Hər halda müşahidələr göstərir ki, cari ildə ümumi büdcə daxilolmalarının həcmində də  artım olacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər