Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-12-2025 , 10:15

1270

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Ələsgərov: “Məhəmmədi bələdiyyəsinin vergi yığımı ilə bağlı potensialı böyükdür”

“Kənd bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərini artırmaqdır”- bu fikirləri Belediyye.infoya Abşeron rayon Məhəmmədi bələdiyyəsinin sədri Ceyhun Ələsgərov deyib. Sədr sözünə davam edərək qeyd edib ki, əldə edilən vəsait nəticə etibari ilə sakinlərin qaldırdığı məsələlərin həllinə yönəldilir.

Sədr daha sonra qeyd edib ki, bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan istifadə edir. Həm qanunvericliyin verdiyi imkandan yararlanaraq bildirişləri paylayır, həm vergi ödəyiciləri ilə maarifləndirmə söhbətləri aparırlar. Əsas izah verilən məqam isə vergilərin vaxtında ödənilməməsi hesabına əlavə “dəbbə” pulunun hesablanmasıdır. Odur ki, vergilər vaxtında ödənimş olsa əsas borca da  əlavə faiz hesablanmayacaqdır.

Məhz bu tədbirlərin hesabına Məhəmmədli bələdiyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə  büdcə gəlirlərini 3.3 dəfə artırmağa nail olub. Ancaq bələdiyyənin vergi yığımı ilə bağlı potensialı böyükdür. Növbəti ildə daha böyük uğurlara imza atmaq niyyətindəyik.

Məhz bu məqamları büdcə layihəsinin müzakirəsində nəzərə almışıq. Müzakirələrdə hər bir bələdiyyə üzvünün təklif və tövsiyələri nəzərə alınıb. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər