Ceyhun Ələsgərov: “Məhəmmədi bələdiyyəsinin vergi yığımı ilə bağlı potensialı böyükdür”
“Kənd bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərini artırmaqdır”- bu fikirləri Belediyye.infoya Abşeron rayon Məhəmmədi bələdiyyəsinin sədri Ceyhun Ələsgərov deyib. Sədr sözünə davam edərək qeyd edib ki, əldə edilən vəsait nəticə etibari ilə sakinlərin qaldırdığı məsələlərin həllinə yönəldilir.
Sədr daha
sonra qeyd edib ki, bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan istifadə
edir. Həm qanunvericliyin verdiyi imkandan yararlanaraq bildirişləri paylayır,
həm vergi ödəyiciləri ilə maarifləndirmə söhbətləri aparırlar. Əsas izah verilən
məqam isə vergilərin vaxtında ödənilməməsi hesabına əlavə “dəbbə” pulunun
hesablanmasıdır. Odur ki, vergilər vaxtında ödənimş olsa əsas borca da əlavə faiz hesablanmayacaqdır.
Məhz
bu tədbirlərin hesabına Məhəmmədli bələdiyyəsi ötən ilin müvafiq dövrü ilə
müqayisədə cari ildə büdcə gəlirlərini
3.3 dəfə artırmağa nail olub. Ancaq bələdiyyənin vergi yığımı ilə bağlı potensialı
böyükdür. Növbəti ildə daha böyük uğurlara imza atmaq niyyətindəyik.
Məhz bu məqamları büdcə layihəsinin müzakirəsində nəzərə almışıq. Müzakirələrdə hər bir bələdiyyə üzvünün təklif və tövsiyələri nəzərə alınıb.
Belediyye.info
Rəylər
0 Rəy