Birinci onluğa bu bələdiyyələr düşə bilib: Sumqayıt bələdiyyəsi yenə birincidir
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası bələdiyyələrin əldə etdiyi yerli vergilərin həcmi ilə bağlı maraqlı və diqqətiçəkən məlumatlar paylaşıb.
Yerli
vergilərin yığım həcminə görə, Sumqayıt bələdiyyəsi 60 faizlik artımla siyahıda
birinci yeri tutub. Belə ki, 2024-cü ildə
Sumqayıt bələdiyyəsi tərəfindən 753.331 manatlıq əmlak və torpaq
vergisi əldə edilmişdirsə, 2025-ci ildə bu rəqəm 1.204.245 manata bərabər olub.
Siyahıda
ikinici yeri 42 fazilik artımla paytaxtın Nizami bələdiyyəsi, üçüncü yeri 40 faizlik artımla Yasamal bələdiyyəsi tutub.
Nizami bələdiyyəsi 2024-cü ildə əldə etdiyi
636.599 manata qarşı, ötən il 901.630 manat, Yasamal bələdiyyəsi isə 1.514.358
manata qarşı, 2.124.068 manat əmlak və torpaq vergisi əldə edib.
Siyahı
da dördüncü yeri 34 fazilik artımla Nəsimi
bələdiyyəsi tutub. İlk beşliyi isə 29
fazilik artımla Nərimanov bələdiyyəsi tamamlayır. Nəsimi bələdiyyəsi 1.258.167
manata qarşı ötən il 1.683.102 manat, Nərimanov
bələdiyyəsi isə 1.759.419 manata qarşı 2.267.654 manat yerli vergi toplaya
bilib.
Sıralamada
altıncı yeri isə 28 faizlik artımla Gəncə şəhəri Kəpəz bələdiyyəsi tutub. Belə
ki, 2024-cü ildə əldə etdiyi 410.117
manata qarşı ötən il 525.795 manat əldə edib.
Ümumi
büdcə daxilolmalarına görə, təxminən eyni mənzərə yaranıb. Yəni Sumqayıt bələdiyyəsi 3.519.320 manatlıq büdcə daxilolmaları ilə artıq ikinci ildir ki, ölkə bələdiyyələri
sırasında birinci yeri tutur. Qeyd edək
ki, bələdiyyənin əldə etdiyi vəsaitin yalnız 30.5 faizi bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən daxil olan ödəmələr təşkil edib. Bələdiyyə mülkiyyətinin
icarəsi üzrə daxil olan ödəmənin həcmi isə 1. 202. 422 manat təşkil edib.
Bu
istiqamətdə əldə etiyimiz məlumatlara görə, hələ ki, ilk olaraq Sumqayıt bələdiyyəsi
ikinci dəfə üç milyonluq həddi, Nərimanov, Yasamal, Xətai, Nəsimi iki milyonluq həddi, Səbail və Nizami
bələdiyyələri isə bir milyonluq həddi keçə biliblər. Əlavə edək ki, Nizami bələdiyyəsi
bu həddi ilk dəfə keçsə də, Səbail bələdiyyəsi
artıq ikinci dəfədri ki, bu həddi keçir.
Belə
başa düşmək olar ki, adları çəkilən bələdiyyələrin cari ildə hədəfi daha böyük rəqəmlər təşkil edəcəkdir.
Onu
da əlavə edək ki, Sumqayıt, Nərimanov, Yasamal, Xətai, Nəsimi, Səbail və Nizami
bələdiyyələrində əldə edilən nəticələr adıçəkilən bələdiyyələrdə vergi-uçot
sisteminin düzgün istiqamətdə qurulması,
habelə yenilənmiş BAMS proqramının verdiyi imkanlardan səmərəli şəkildə istifadənin
hesabına əldə edilib. Adları çəkilən bələdiyyələrin hər biri, xüsusəndə
Sumqayıt bələdiyyəsi fomalaşdığı ilk gündən büdcə gəlirlərini artırmaqla yanaşı
həmdə əhali arasında geniş nüfuza sahib olan bələdiyyələr sırasındadır.
Etiraf
edək ki, Binəqədi, M.Ə.Rəsulzadə,
Xırdalan, Gəncənin Kəpəz və Nizami bələdiyyələri, habelə Ağcabədi, Mingəçevir və
bir sıra digər bələdiyyələr də ötən il kifayət qədər çalışıblar.
Lakin
digər istiqamətlərdə tarif dərəcələrinin dəfələrlə dəyişdirilməsinə və ya artırılmasına
baxmayaraq, yerli vergilərə aid olan
tariflərin hələ də 1999-cu il səviyyəsində qalması, habelə sənədsiz əmlakların
sənədləşdirilməsindəki bəzi bürokratik amillərin hələ də aradan qaldırılmaması nəticə etibari ilə onlarca bələdiyyənin yuxarıda qeyd edilən
siyahiya düşməməsinə səbəb olub.
Bütün
hallarda bələdiyyələr yerli vergilərin həcmini ötən il ərzində 30 faizədək artırsalar da, bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirlməsi ilə bağlı
əldə olunan rəqəmlərin aşağı düşməsi ümumi büdcə daxilolmalarına ciddi şəkildə
öz təsirini göstərib. Nəticədə 2024-cü
illə müayisədə 2025 -ci ildə bələdiyyələrin
ümumi büdcə daxilolmalarında elə də ciddi artıma nail olunmayıb.
Sonda
bir məqamı da əlavə edək ki, yuxarıda
adları gedən bələdiyyələrin yüksək nəticə əldə etməsinin əsas səbəbi Adminstrasiyanın
müvafiq sektorunun təşəbbüsü ilə BAMS-
proqramının təkmilləşdirilməsi və bu proqramın Əmlak Məsələləri Dövlət Xidmətinin
məlumat bazasına inteqrasiyası ilə bərabər, həm də adları çəkilən yerliözünüidaetmə
orqanlarında bələdiyyə-icra münasibətlərinin
sıx əməkdaşlıq əlaqələri çərçivəsində qurulması
ilə bağlıdır.
Odur
ki, Adminstrasiyanın və Ədliyyə nazirliyinin müvafiq qurumları kimi bələdiyyə sisteminin inkişafına hər bir siyasi
rəhbər də maraqlı olmalı və fəaliyyəti
ilə dəstəyini bu qurumlara əsirgəməməlidir. Bu dəstəyi göstərməklə onlar həm də
öz işlərini, öz üzərilərinə düşən məsuliyyət yükünü azaltmış olarlar.
VüqarTofiqli
Rəylər
0 Rəy