Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2026 , 10:15

584

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Birinci onluğa bu bələdiyyələr düşə bilib: Sumqayıt bələdiyyəsi yenə birincidir

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası bələdiyyələrin əldə etdiyi yerli vergilərin həcmi ilə bağlı maraqlı və diqqətiçəkən məlumatlar paylaşıb.

Yerli vergilərin yığım həcminə görə, Sumqayıt bələdiyyəsi 60 faizlik artımla siyahıda birinci yeri tutub.  Belə ki, 2024-cü ildə Sumqayıt  bələdiyyəsi  tərəfindən 753.331 manatlıq əmlak və torpaq vergisi əldə edilmişdirsə, 2025-ci ildə bu rəqəm  1.204.245 manata bərabər olub.

Siyahıda ikinici yeri 42 fazilik artımla paytaxtın Nizami bələdiyyəsi, üçüncü yeri  40 faizlik artımla Yasamal bələdiyyəsi tutub. Nizami bələdiyyəsi 2024-cü ildə  əldə etdiyi 636.599 manata qarşı, ötən il 901.630 manat, Yasamal bələdiyyəsi isə 1.514.358 manata qarşı, 2.124.068 manat əmlak və torpaq vergisi əldə edib.

Siyahı da dördüncü yeri  34 fazilik artımla Nəsimi bələdiyyəsi  tutub. İlk beşliyi isə 29 fazilik artımla Nərimanov bələdiyyəsi tamamlayır. Nəsimi bələdiyyəsi 1.258.167 manata qarşı ötən il  1.683.102 manat, Nərimanov bələdiyyəsi isə 1.759.419 manata qarşı 2.267.654 manat yerli vergi toplaya bilib.

Sıralamada altıncı yeri isə 28 faizlik artımla Gəncə şəhəri Kəpəz bələdiyyəsi tutub. Belə ki, 2024-cü ildə əldə etdiyi  410.117 manata qarşı ötən il 525.795 manat əldə edib.

Ümumi büdcə daxilolmalarına görə, təxminən eyni mənzərə yaranıb. Yəni Sumqayıt bələdiyyəsi  3.519.320 manatlıq büdcə daxilolmaları ilə  artıq ikinci ildir ki, ölkə bələdiyyələri sırasında birinci yeri tutur. Qeyd  edək ki, bələdiyyənin əldə etdiyi vəsaitin yalnız 30.5 faizi bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan ödəmələr təşkil edib. Bələdiyyə mülkiyyətinin icarəsi üzrə daxil olan ödəmənin həcmi isə 1. 202. 422 manat təşkil edib.

Bu istiqamətdə əldə etiyimiz məlumatlara görə, hələ ki, ilk olaraq Sumqayıt bələdiyyəsi ikinci dəfə üç milyonluq həddi, Nərimanov, Yasamal, Xətai,  Nəsimi iki milyonluq həddi, Səbail və Nizami bələdiyyələri isə bir milyonluq həddi keçə biliblər. Əlavə edək ki, Nizami bələdiyyəsi bu həddi ilk dəfə keçsə də,   Səbail bələdiyyəsi artıq ikinci dəfədri ki, bu həddi keçir. 

Belə başa düşmək olar ki, adları çəkilən bələdiyyələrin cari ildə hədəfi  daha böyük rəqəmlər təşkil edəcəkdir.

Onu da əlavə edək ki, Sumqayıt, Nərimanov, Yasamal, Xətai, Nəsimi, Səbail və Nizami bələdiyyələrində əldə edilən nəticələr adıçəkilən bələdiyyələrdə vergi-uçot sisteminin  düzgün istiqamətdə qurulması, habelə yenilənmiş BAMS proqramının verdiyi imkanlardan səmərəli şəkildə istifadənin hesabına əldə edilib. Adları çəkilən bələdiyyələrin hər biri, xüsusəndə Sumqayıt bələdiyyəsi fomalaşdığı ilk gündən büdcə gəlirlərini artırmaqla yanaşı həmdə əhali arasında geniş nüfuza sahib olan bələdiyyələr sırasındadır.

Etiraf edək ki,  Binəqədi, M.Ə.Rəsulzadə, Xırdalan, Gəncənin Kəpəz və Nizami bələdiyyələri, habelə Ağcabədi, Mingəçevir və bir sıra digər bələdiyyələr də ötən il kifayət qədər çalışıblar.

Lakin digər istiqamətlərdə tarif dərəcələrinin dəfələrlə dəyişdirilməsinə və ya artırılmasına  baxmayaraq, yerli vergilərə aid olan tariflərin hələ də 1999-cu il səviyyəsində qalması, habelə sənədsiz əmlakların sənədləşdirilməsindəki bəzi bürokratik amillərin  hələ də aradan  qaldırılmaması nəticə etibari ilə  onlarca bələdiyyənin yuxarıda qeyd edilən siyahiya düşməməsinə səbəb olub.  

Bütün hallarda bələdiyyələr yerli vergilərin həcmini ötən il  ərzində 30 faizədək artırsalar da, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirlməsi ilə bağlı  əldə olunan rəqəmlərin aşağı düşməsi ümumi büdcə daxilolmalarına ciddi şəkildə öz təsirini göstərib.  Nəticədə 2024-cü illə müayisədə 2025 -ci ildə bələdiyyələrin  ümumi büdcə daxilolmalarında elə  də ciddi artıma nail olunmayıb.

Sonda bir məqamı da əlavə edək  ki, yuxarıda adları gedən bələdiyyələrin yüksək nəticə əldə etməsinin əsas səbəbi Adminstrasiyanın müvafiq sektorunun təşəbbüsü ilə  BAMS- proqramının təkmilləşdirilməsi və bu proqramın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiyası ilə bərabər, həm də adları çəkilən yerliözünüidaetmə orqanlarında bələdiyyə-icra  münasibətlərinin  sıx əməkdaşlıq əlaqələri çərçivəsində qurulması ilə bağlıdır.

Odur ki, Adminstrasiyanın və Ədliyyə nazirliyinin  müvafiq qurumları kimi  bələdiyyə sisteminin inkişafına hər bir siyasi rəhbər  də maraqlı olmalı və fəaliyyəti ilə dəstəyini bu qurumlara əsirgəməməlidir. Bu dəstəyi göstərməklə onlar həm də öz işlərini, öz üzərilərinə düşən məsuliyyət yükünü azaltmış olarlar.

VüqarTofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
744

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
819

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
726

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
896

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093