Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-05-2026 , 08:54

156

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov: “Yarışlarda Binə bələdiyyəsini təmsil edən komandaların uğurları idmanın inkişafına göstərilən qayğının nəticəsidir”

“1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan böyük şəxsiyyət Heydər Əliyev ölkədəki xaosu sabitliyə çevirəndən sonra tezliklə idmanı da diqqət mərkəzinə gətirdi. Bununla da ölkəmizdə  idmana münasibət kökündən dəyişdi” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Binə bələdiyyəsinin sədri Habil Həmidov deyib.

Habil Həmidov qeyd edib ki, idmanın inkişafı, xüsusəndə gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi bu gün  bələdiyyələrində fəaliyyətində mühüm yer tutur.

Vaxt ilə gənclərlə görüşündə Ulu Öndərin "İdmana xüsusi qayğını öz üzərimə götürürəm. Əmin olun ki, siz bu qayğını daim hiss edəcəksiniz" deməsi bu gün də  hər bir bələdiyyə üzvünün və qulluqçusunun  də üzərinə məsuliyyət yükünü qoymuş oldu. Həqiqətəndə bələdiyyənin təmsil edən idmançılarımız bu qayğını hər zaman öz üzərilərində hiss ediblər.

Binə bələdiyyəsi olaraq hər il gənclərin asudə vaxtının  səmərəli təşkil üçün bir sıra idman növlərinin təbliğində, həmçinin gənclərin hazırlıq səviyyəsinin artırılmasına öz töhfəsi verir.

Cari ildə artıq  Qərbi Azərbaycan İcması Xəzər rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş mini-futbol turnirində “Binə” bələdiyyəsinin komandasının birinci yeri tutması, habelə  Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon bələdiyyələri və Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qəsəbələrarası futbol turnirində  hər il olduğu kimi, bu ildə finala yüksəlməsi bələdiyyənin əldə etdiyi uğurlardan saymaq olar.

Binə bələdiyyəsini təmsil edən komandaların hazırlıq səviyyəsinin artırılmasında, keçirilən turnirlərdə birincilik əldə etməsində bələdiyyənin təmsil edən idman məşqiçilərinin mühüm rolu var.  Bələdiyyənin “Binə” mini-futbol komandasının turnirin qalib olmasında  məşqiçi, Sabir Abbasov adına 117 saylı məktəbin fiziki tərbiyə müəllimi Rəsul Mahmudovun xüsusi xidmətləri danılmazdır.

Göründüyü kimi, yarışlarda bələdiyyəni təmsil edən komandaların uğurları idmanın inkişafına göstərilən qayğının nəticəsidir. Bununla yanaşı bələdiyyə ərazisində fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlərin, habelə qəsəbə gənclərinin müxtəlif idman yarışlarına hazırlığına maddi və mənəvi dəstəyin göstərilməsi də qəsəbədə idmanın inkişafına göstərilən diqqət hesab etmək olar.

Sədr qeyd edib ki, bələdiyyə iclasında idmanın inkişafına söykənən layihələrə  hər zaman bələdiyyə üzvləri tərəfindən dəstək verilir və  maliyyə imkanları çərçivəsində  bundan sonra qəsəbədə idmanın inkişafı diqqət mərkəzində saxlanılacaqdır.

Belediyye.info

 

 

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1256