Habil Həmidov: “Yarışlarda Binə bələdiyyəsini təmsil edən komandaların uğurları idmanın inkişafına göstərilən qayğının nəticəsidir”
“1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan böyük şəxsiyyət Heydər Əliyev ölkədəki xaosu sabitliyə çevirəndən sonra tezliklə idmanı da diqqət mərkəzinə gətirdi. Bununla da ölkəmizdə idmana münasibət kökündən dəyişdi” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Binə bələdiyyəsinin sədri Habil Həmidov deyib.
Habil Həmidov qeyd edib ki, idmanın inkişafı, xüsusəndə gənc
nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin
mühüm istiqamətlərindən biri kimi bu gün bələdiyyələrində fəaliyyətində mühüm yer
tutur.
Vaxt ilə gənclərlə görüşündə Ulu Öndərin "İdmana xüsusi
qayğını öz üzərimə götürürəm. Əmin olun ki, siz bu qayğını daim hiss edəcəksiniz"
deməsi bu gün də hər bir bələdiyyə
üzvünün və qulluqçusunun də üzərinə məsuliyyət yükünü qoymuş oldu. Həqiqətəndə bələdiyyənin təmsil
edən idmançılarımız bu qayğını hər zaman öz üzərilərində hiss ediblər.
Binə bələdiyyəsi olaraq hər il gənclərin asudə vaxtının səmərəli təşkil üçün bir sıra idman növlərinin
təbliğində, həmçinin gənclərin hazırlıq səviyyəsinin artırılmasına öz töhfəsi
verir.
Cari ildə artıq Qərbi
Azərbaycan İcması Xəzər rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş
mini-futbol turnirində “Binə” bələdiyyəsinin komandasının birinci yeri tutması,
habelə Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər
rayon bələdiyyələri və Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı
ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr
olunmuş qəsəbələrarası futbol turnirində hər il olduğu kimi, bu ildə finala yüksəlməsi bələdiyyənin
əldə etdiyi uğurlardan saymaq olar.
Binə bələdiyyəsini təmsil edən komandaların hazırlıq səviyyəsinin
artırılmasında, keçirilən turnirlərdə birincilik əldə etməsində bələdiyyənin təmsil
edən idman məşqiçilərinin mühüm rolu var.
Bələdiyyənin “Binə” mini-futbol komandasının turnirin qalib olmasında məşqiçi, Sabir Abbasov
adına 117 saylı məktəbin fiziki tərbiyə müəllimi Rəsul Mahmudovun xüsusi xidmətləri
danılmazdır.
Göründüyü kimi, yarışlarda bələdiyyəni təmsil edən komandaların
uğurları idmanın inkişafına göstərilən qayğının nəticəsidir. Bununla yanaşı bələdiyyə
ərazisində fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlərin, habelə qəsəbə gənclərinin müxtəlif
idman yarışlarına hazırlığına maddi və mənəvi dəstəyin göstərilməsi də qəsəbədə
idmanın inkişafına göstərilən diqqət hesab etmək olar.
Sədr qeyd edib ki, bələdiyyə iclasında idmanın inkişafına söykənən layihələrə hər zaman bələdiyyə üzvləri tərəfindən dəstək verilir və maliyyə imkanları çərçivəsində bundan sonra qəsəbədə idmanın inkişafı diqqət mərkəzində saxlanılacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy