Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.
26-07-2023, 22:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Metodik Tövsiyə
- +
Dövlət büdcəsindən ayrılmış dotasiyanın təyinatı barədə

 “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü maddəsinə əsasən dotasiya-dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Qanunun 34-cü maddəsinə görə yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən ayrılan dotasiya ilə örtülə bilər. 

Qanunvericiliyin tələblərindən göründüyü kimi, yerli özünüidarəetmə orqanlarına dövlət dəstəyi kimi hər il dövlət büdcəsindən dotasiyaların ayrılması yerli büdcə kəsirlərinin həll olunması və bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması məqsədi daşıyır.

Dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiyadan maksimum səmərəli istifadə olunmalı, dotasiya vəsaiti ilk növbədə “Büdcə sistemi haqqında” Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş müdafiə olunan (sekvestr tətbiq edilməyən) xərc maddələrinə (əmək haqqı, əmək haqqına üstəlik və s.) və sosial sığorta borclarına yönəldilməlidir.  Təhlillər göstərir ki, sosial sığorta ödəmələri üzrə borcu olan, hətta bu səbəbdən hesabına məhdudiyyət qoyulan, həmçinin aylarla əmək haqqı borcu yığılıb qalan bir sıra bələdiyyələr dotasiya vəsaitini bu borcların ödənilməsinə yönəltmək əvəzinə digər istiqamətlərə, o cümlədən təmir-abadlıq işlərinə və s. xərcləyirlər.

Göstərilən sahələr üzrə borcu olan bələdiyyələrin dotasiya vəsaitini başqa xərclərə yönəltməsi yolverilməzdir və qanun pozuntusu kimi qiymətləndirilir.

Məlumat üçün bildirilir ki, ötən il ərzində bələdiyyələrin sosial sığorta borcları barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətindən mütəmadi məlumatlar əldə edilərək müqayisələr aparılmışdır. Müəyyən edilmişdir ki,  2022-ci ilin sonuna 1096 bələdiyyə üzrə ümumilikdə 7 milyon manatdan çox sosial sığorta borcları vardır.

Təhlillər göstərir ki, hər il dövlət büdcəsindən dotasiya ayrıldıqdan sonra bələdiyyələrin sosial sığorta borclarının məbləğində müəyyən azalma baş versə də, ilin sonuna doğru onun məbləği yenidən artır. Bu isə onu göstərir ki, bu borcların yaranmasını şərtləndirən səbəblər aradan qaldırılmır.

Əmək haqqı və sosial sığorta və digər borcların yaranmasına gətirib çıxaran amillər təhlil edilməli və aradan qaldırılması üçün tədbirlər (bələdiyyənin icra aparatının onun maliyyə imkanlarına uyğun təşkili, izafi xərclərə yol verilməməsi, torpaq və əmlak vergisi üzrə uçotun düzgün qurulması, vergilərin qanunauyğun hesablanaraq yerli büdcələrə ödətdirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş bütün tədbirlərin görülməsi, bələdiyyə torpaqlarının icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, icarə haqlarının və bu sahədə yaranmış debitor borcların yığılması, qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlir mənbələrindən maksimum istifadə olunması) və s. görülməlidir.

Göstərilənlərə əsasən 2023-cü il üzrə yerli büdcələrə (bələdiyyələrə) ayrılmış dotasiyanın təyinatı üzrə xərclənməsinə ciddi şəkildə əməl edilməsi və qeyd olunan tədbirlərin təmini tövsiyə olunur

 Bələdiyyələrlə iş mərkəzi








Digər tövsiyələr