Anar Adıgözəlov: “Sakinlərin müraciətlərinin problemlərin mərhələli şəkildə həlli bələdiyyənin fəaliyyətində əsas istiqamətlərdən biridir”
Sabunçu rayonu, Maştağa Bələdiyyəsi qəsəbə ərazisində mövcud
infrastrukturun yaxşılaşdırılması, məhəllədaxili yolların təmiri və sakinlərin
gündəlik rahatlığının təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlov məlumat
verib.
Bələdiyyə sədri bildirib ki, Maştağa Bələdiyyəsinin 03
noyabr 2026-cı il tarixli, 22 saylı iclas protokolunun müvafiq qərarına əsasən,
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən Şəhid
Nicat Qasımlı küçəsinin bir hissəsində, məhəllədaxili yol-dalanda cari təmir və
abadlıq işləri həyata keçirilib.
Onun sözlərinə görə, sakinlərin kollektiv müraciəti nəzərə
alınaraq əraziyə baxış keçirilib, yolun texniki vəziyyəti və mövcud problemlər
yerində araşdırılıb. Aparılmış qiymətləndirmə əsasında müvafiq Qüsur Aktı tərtib
edilib və təmir işlərinin görülməsi ilə bağlı qərar qəbul olunub.
05–06 noyabr 2026-cı il tarixlərində aparılan işlər zamanı
xüsusi texnikanın köməyi ilə yolun səthi hamarlanıb, karbonat materialı əlavə
edilməklə yolun əsası möhkəmləndirilib, daha sonra şeben materialı döşənərək
sıxlaşdırma işləri yerinə yetirilib.
A. Adıgözəlov qeyd edib ki, təmir işlərinə qədər xüsusilə
yağışlı havalarda palçıq və gölməçələrin yaranması sakinlərin hərəkətində ciddi
çətinliklərə səbəb olurdu. Görülən tədbirlər nəticəsində yolun vəziyyəti əhəmiyyətli
dərəcədə yaxşılaşdırılıb və ərazi nəqliyyat vasitələrinin, eləcə də piyadaların
hərəkəti üçün daha əlverişli vəziyyətə gətirilib.
Bələdiyyə sədri vurğulayıb ki, sakinlərin müraciətlərinin
operativ araşdırılması və yerli əhəmiyyətli problemlərin mərhələli şəkildə həlli
Maştağa Bələdiyyəsinin fəaliyyətində əsas istiqamətlərdən biridir. Bu cür işlərin
həyata keçirilməsində ərazinin real ehtiyacları, sakinlərin müraciətləri və
yerli büdcənin maliyyə imkanları əsas götürülür.
Anar Adıgözəlov bildirib ki, Maştağa Bələdiyyəsi bundan sonra da qəsəbənin müxtəlif ərazilərində yol infrastrukturunun yaxşılaşdırılması, abadlıq işlərinin aparılması və sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.
Belediyye.info
Rəylər
0 Rəy