Adil Xudadatov: “Məqsədimiz əldə olunan büdcə gəlirlərini sakinlarimizin qaldırdığı problemlərin həllinə vaxtında yönəltməkdir”
“Sumqayıt bələdiyyəsi şəhərin müasir görkəminin yaradılmasına öz töhfəsini verməkdədir. Ancaq bunun üçün ilk olaraq büdcə gəlirlərini artırmaq barədə düşünmək lazımdır”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasındakı çıxışında qeyd edib.
Sədr bildirib
ki, ötən il Sumqayıt bələdiyyəsinin büdcə gəliri ölkə bələdiyyələri arasında
ilk dəfə olaraq üç milyon manatı keçib. Cari ilin on ayı ərzində isə artıq 2..5 milyon
manat büdcə gəliri əldə edib.
Sumqayıt
bələdiyyəsinin əsas vəzifələrindən biri də bu gün gənclərin asudə vaxtının səmərəli təşkili və saglam həyat şəraitinin
yaradılmasına çalışmaqdır.
Bunun
üçün şəhər ərazisində fəaliyyət göstərən məktəblərin idman komplekslərinin
yenidən qurularaq şagirdlərin istifadısinə
vermək niyyətindəyik.
Artıq
müvafiq qurumlarla əməkdaşlıq sayəsində bu layihənin icrası ilə bağlı razılıq əldə
olunmuşdur.
Məqsədimiz
əldə olunan büdcə gəlirlərini bundan sonra səmərəli xərcləməklə sakinlarıimizin qaldırdığı
problemlərin həllinə yönəltməkdir.
Belediyye.info
Rəylər
0 Rəy