Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-03-2026 , 00:23

52

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

İftar süfrəsi Ağalıq bələdiyyəsinin təşkilatçılığı ilə açılıb


“Müqəddəs Ramazan ayının mənəvi dəyərlərini, mərhəmət və birlik ruhunu yaşatmaq məqsədilə Şabran rayonu Ağalıq bələdiyyəsi tərəfindən Ağalıq kənd məscidində iftar süfrəsi təşkil olunmuşdur. Bu xeyirxah təşəbbüs Ramazan ayının bərəkətini, paylaşmaq və həmrəylik ənənəsini bir daha nümayiş etdirmişdir.

Təşkil olunan iftar süfrəsində oruc tutan sakinlərlə yanaşı şəhid ailələri və kənd sakinləri də iştirak etmiş, birlikdə dualar edilmiş, müqəddəs Ramazan ayının gətirdiyi mənəvi gözəlliklər paylaşılmışdır. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunmuş, onların ailələrinə hörmət və diqqət bir daha ifadə edilmişdir.

Belə xeyirxah məclislər cəmiyyətimizdə birlik, həmrəylik və qarşılıqlı hörmətin möhkəmlənməsinə, milli və mənəvi dəyərlərimizin yaşadılmasına böyük töhfə verir. Ağalıq məscidində təşkil olunan bu iftar süfrəsi də həmin dəyərlərin təcəssümü kimi yadda qalmışdır.

Bu xeyirli süfrənin təşkilində zəhməti olan hər kəsə təşəkkür edir, iştirak edən bütün sakinlərə minnətdarlığımızı bildiririk. Uca Allahdan tutulan orucların, edilən duaların və bütün ibadətlərin qəbul olunmasını diləyirik. Allah hər bir evə ruzi-bərəkət, sağlamlıq və əmin-amanlıq nəsib etsin, Ramazan ayının nuru və bərəkəti hər zaman üzərimizdə olsun.

Ağalıq bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz