Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2025 , 19:06

601

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq


31 may-1 iyun 2025-ci il tarixlərində Mingəçevir şəhərində Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr edilmiş I Mingəçevir Kitab Sərgisi təşkil olunacaq.

Nəzərdə tutulan tədbirdə kitab satışı ilə yanaşı, yazıçılarla görüş, imza saatları və s. kimi fəaliyyətlər təşkil olunacaq. Sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılacaq ki, bu da 10 minlərlə kitabın, tanınmış müasir Azərbaycan yazıçılarının iştirakı deməkdir. Həmçinin sərgidə uşaqlar üçün intellektual masterklaslar, əyləncəli tədbirlər, oxu saatları və səhnəciklər təşkil olunacaq.

Qeyd edək ki, “Bölgələrə kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgilər, silsilə şəklində Gəncə, Naxçıvan, Sumqayıt, Lənkəran kimi bölgələrimizdə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) mütəmadi olaraq şəhər və rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir. Ölkəmizdə ilk dəfə olaraq belə bir sərginin keçirilməsdə bələdiyyə tərəfədindən təşəbbüsü Mingəçevir Bələdiyyəsi tərəfindən irəli sürülüb.

Mingəçevir Bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər